Alimlər yeni sistem kəşf etdi

09:44 19-10-2022 | icon 425 | Maraqlı
Alimlər yeni sistem kəşf etdi

Neytron ulduzların içərisinə baxmaq mümkün olacaq

 

Neytron ulduzlar kainatın ən unikal cisimlərindəndir. Alimlər hesab edirlər ki, onların diametri 15-20 km təşkil edir, lakin eyni zamanda kosmosdakı ən sıx obyektlər sırasındadır.

 

Onların kütləsi Günəşin kütləsindən 2 dəfə böyükdür. Sıxlığı isə Yerdəki istənilən təbii materialın sıxlığından onlarla trilyon dəfə çoxdur. Lakin elm adamları hələ də neytron ulduzlarının tam olaraq nədən ibarət olduğunu öyrənə bilmirlər.

 

ABŞ-ın Prinston Universitetinin alimləri bu problemin həlli ilə bağlı öz müşahidələrini təqdim ediblər.

 

Ölü nəhəng ulduzların soyumuş nüvələri olan neytron ulduzların içərisinə baxmaq çətindir. Bu ulduzları indiki teleskoplarla tədqiq etmək üçün çox kiçik və çox uzaqdır.

 

Buna görə də elm adamları hesablamalar aparmaq üçün dolayı məlumatlara əsaslanırlar.

 

Alimlər tərəfindən neytron ulduzunun diametrini ölçmək üçün yeni metod kəşf edilib.

 

Belə ki, neytron ulduzlar arasında toqquşmalar qravitasiya dalğalarının güclü emissiyalarının meydana çıxmasına səbəb olur.

 

Prinston Universitetindən Elias Mostun sözlərinə görə, neytron ulduzlarla bağlı hesablamaları  qravitasiya dalğası siqnalından əldə etmək olar.

 

Prinston Universitetindən Karolin Reytel isə bildirib ki, bu məlumatlar neytron ulduzlarının nədən ibarət olduğunu ortaya çıxara bilər.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI