Ağıllı üzük

09:47 19-10-2022 | icon 458 | Maraqlı
Ağıllı üzük

“Samsung” saatlara, elektron bilərziklərə və digər oxşar qadcetlərə daha rahat alternativ ola biləcək ağıllı üzük hazırlamağa başlayıb.

 

Hazırda şirkət yeni qurğunun komponentləri və modullarının tədarükçüsü ola biləcək bir sıra tərəfdaşları ilə işləyir.

 

Keçən il koreyalılar ABŞ Patent və Əmtəə Nişanları İdarəsinə istifadəçiyə öz sağlamlığına nəzarət etməyə, eləcə də digər elektron cihazlarla qarşılıqlı əlaqə yaratmağa imkan verəcək oxşar məhsul üçün ərizə təqdim ediblər.

 

“Samsung”un ağıllı üzüyü ürək döyüntüsünün optik sensoru, elektrokardioqraf, həmçinin orqanizmin işinə və vəziyyətinə nəzarət edən bir sıra digər sistemlərlə təchiz olunacaq.

 

Bundan əlavə, üzükdən istifadə edərək smartfon, planşet və ya televizoru uzaqdan idarə etmək mümkün olacaq. Yeni cihazın buraxılış vaxtı hələlik məlum deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

ÜMİD ADAM...

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Əzizə Cəfərzadənin Turanı - 63

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI