“Şimal axını”nın dağılmış hissəsinin GÖRÜNTÜLƏRİ

11:59 20-10-2022 | icon 468 | Maraqlı
“Şimal axını”nın dağılmış hissəsinin GÖRÜNTÜLƏRİ

İsveç jurnalistlər norveçli mütəxəssislərlə birlikdə “Şimal axını” kəmərinin dağıdılmış 50 metrlik hissəsini aşkar edərək, fotolarını çəkiblər. Zərərin növü həddindən artıq güc tətbiqini göstərir.

 

Bu barədə hadisə yerindən ilk fotoları dərc edən “Expressen” qəzeti məlumat yayıb.

 

Bildirilir ki, nəşr İsveç və Danimarka hakimiyyət orqanlarından Baltik dənizində 80 m dərinlikdə sualtı çəkiliş aparmaq üçün icazə alıb. Şəkillər Norveçin “Blueye Robotics” şirkətinin sualtı pilotsuz uçan aparatı vasitəsilə çəkilib.

 

“Belə qalın metala zərər verilməsi üçün yalnız həddindən artıq güc tətbiq olunmalıdır. Versiyalardan birinə görə, boru boyunca uzun çat əmələ gəlib”, - deyə Norveç pilotsuz təyyarəsinin operatoru Trond Larsen bildirib.

 

Nəşrdə vurğulanıb ki, seysmoloji avadanlıqla qeydə alınan partlayışın gücü Rixter şkalası üzrə 2,3 bal gücündə zəlzələyə bərabər olub. Şəkillərdə borunun bəzi fraqmentlərinin iti kənarları, digərlərində isə metalın ciddi şəkildə deformasiyası görünür.

 

“Dibində boru kəmərinin hissələrinə bənzəyən dağıntı parçaları səpələnib”, - deyə Larsen bildirib.

 

Xatırladaq ki, sentyabrın 27-də Rusiya qazını Avropaya nəql edən əsas marşrutda - “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində sızma qeydə alınıb. İsveç hökuməti bir gün sonra hadisənin təxribat ola biləcəyini elan edib. Sentyabrın 30-da Danimarka kəmərdə ümumi tutumu 1000 kq trotildən çox olan iki partlayış baş verdiyini bildirib. 

 

Bundan əvvəl, Polşa televiziyası “Şimal axını”nda partlayışın necə baş verdiyini əks etdirən kompüter versiyasını yayımlayıb. Kadrlarda kəmərin üç sualtı dron vasitəsilə partladıldığı görünür.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

"Gürcüstan inqilaba hamilə deyil"

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI