Məhkəmə zalında həbs edildi

10:48 24-10-2022 | icon 444 | Hadisə
Məhkəmə zalında həbs edildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində texnika üzrə sabiq rəis müavini Ramil Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Versus.Az xəbər verir ki, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, yeddi il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və Ramil Əliyev dərhal iclas zalında həbs edilib.

 

Rəsmi məlumata əsasən, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində texnika üzrə sabiq rəis müavini Ramil Əliyev işlədiyi dövrdə ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə pul tələb edərək alıb.

 

Aparılan istintaqla Ramil Əliyevin ayrı-ayrı şəxslərin ona olan etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirmək məqsədilə onları Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyi barədə yalandan vədlər edərək ümumilikdə 21 500 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Ramil Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib. /Pravda.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq