Azərbaycan mətbəxinə aid restoran olmayan "Tarqovı"

15:53 24-10-2022 | icon 388 | Mədəniyyət
Azərbaycan mətbəxinə aid restoran olmayan "Tarqovı"

"Nizami küçəsində Azərbaycan mətbəxinə aid restoran yoxdur".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Orxan Sadıqov bildirib.

 

O.Sadıqov qeyd edib ki, müştərək yol xəritəsi ilə Azərbaycan milli irsinin xəritəsinin təbliğatı, qorunması mexanizmlərini dəqiq işlənib gündəmə gətirməlidirlər:

 

"Bu mexanizmlər dəqiq işlənərsə, işi peşəkarcasına icra edərlərsə, proses uğurla və daha çevik həyata keçiriləcək. Artıq Bakıda "Tarqovı" kimi tanınan Nizami küçəsində Azərbaycan mətbəxinə aid restoran yoxdur. İşğaldan azad edilən ərazilərin əsas küçələrində milli mətbəxi təmsil edəcək kafe və restoranlar olmalıdır".

 

"Milli Kulinariya Mərkəzinin funksiyası elmi metodoloji bazanın təkmilləşdirilməsi, 30 ildən sonra Azərbaycanda tədris ediləcək ədəbiyyatı formalaşdırmaq, sifarişini vermək, kulinariyanı elm olaraq təsdiq etmək və onun qeyd olunan gününü müəyyənləşdirməkdir. Eyni zamanda, bununla bağlı qanunvericilikdə dəyişiklik edilməsi üçün Dövlət Turizm Agentliyi vasitəsilə Nazirlər Kabinetinə də müraciət etmək və cəmiyyəti buna baxış istiqamətini dəyişib, bu yönə yönəltmək, Azərbaycan Milli Kulinariya Mərkəzini yeniliklərin reyestri elm mərkəzinə, bazaya çevrilməsi əsas prioritetdir", - deyə Orxan Sadıqov vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu