Beynəlxalq yarışda komandamız 26 medal qazanıb

11:51 25-10-2022 | icon 482 | İdman
Beynəlxalq yarışda komandamız 26 medal qazanıb

BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində bədii gimnastika üzrə 5-ci beynəlxalq yarış keçirilib.

 

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Almaniya, Rusiya, Qazaxıstan, Hindistan, Litva, BƏƏ və Sinqapurla yanaşı, Azərbaycan da yarışa qatılıb.

 

Vətənimizi bu yarışda beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcovanın rəhbərlik etdiyi “Sportsbox” klubu təmsil edib. 2010-2016-cı il təvəllüdlü gimnastlardan ibarət komandamız yarışda dəfələrlə üçrəngli bayrağımızı zirvələrə qaldırıb.

 

Belə ki, 21 gimnastla təmsil olunan klub vətənə 11 qızıl, səkkiz gümüş, yeddi bürünc medalla qayıdıb.

 

Gimnastlar arasında çox kiçik yaşlarından vətənimizi çoxsaylı beynəlxalq yarışlarda təmsil edən Mina Abbasova üç dəfə fəxri kürsüdə yer alıb.

 

O, topla hərəkətlərdə gümüş, gürzlə hərəkətlərdə bürünc medal qazanaraq çoxnövçülükdə 2010-cu il təvəllüdlü gimnastlar arasında bürünc medala sahib olub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM