BMT səfiri İrana görə FIFA-ya müraciət etdi

12:24 27-10-2022 | icon 493 | İdman
BMT səfiri İrana görə FIFA-ya müraciət etdi

Dominikanın BMT-dəki daimi nümayəndəliyinin səfiri Paolo Zampolli Beynəlxalq Futbol Federasiyasını (FIFA) futbol üzrə Dünya Çempionatında İran yığmasını İtaliya ilə əvəz etməyə çağırıb.

 

“Dünya sizdən İranı Dünya Çempionatından diskvalifikasiya etmək üçün təcili tədbir görmənizi tələb edir. Şəxsən mən və bütün dünya arzulayırıq ki, İran diskvalifikasiya edildikdən sonra İngiltərə ilə İtaliya oynasın”, - deyə Zampolli deyib.

 

Qeyd edək ki, İran millisi İngiltərə, Uels və ABŞ ilə bir qrupda oynamalıdır. Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

 

Hazırkı dünya çempionu DÇ-2018-in həlledici oyununda Xorvatiyanı məğlub edən (4:2) Fransa millisidir.

 

Xatırladaq ki, bir müddət əvvəl bir qrup iranlı futbolçu və digər idman növləri ilə bağlı şəxslər FIFA-dan İran millisini Qətərdə keçiriləcək dünya çempionatından kənarlaşdırmağı tələb ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM