"Hədələr bu yol ilə minimuma endirilmiş olur”-açıqlama

12:49 22-10-2022 | icon 237 | Geopolitika
"Hədələr bu yol ilə minimuma endirilmiş olur”-açıqlama

 

 

Dünyanın nəzərləri yenidən Azərbaycan dikildi. İki Türk lideri növbəti dəfə bir arada, Avropaya, Qərbə, eləcə də regionda iddialı olan qonşu dövlətlərə öz mesajını verdilər.

 

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən siyasi şərhçi Aytən Qurbanova bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə son bir ildə sayca ikinci beynəlxalq hava limanının açılışı oldu, qısa müddət sonra Laçın havalimanının da açılışı planlaşdırılır. Təbii ki, bu Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının önəmini həm qonşu dövlətlər, həm də regional və qlobal aktorlar üçün kifayət qədər artırmış olur.

 

“Zəngilan, Laçın və Füzuli hava limanlarının fəaliyyətə başlaması həmin bölgənin nəqliyyat-logistika imkanlarını genişləndirir, işğaldan azad olunmuş rayonlarda investisiya layihələri üçün təşviqedici təsirlər artır və təbii ki, turizm üçün əlavə imkanların yaradılmasını da özündə ehtiva edir.

Digər tərəfdən isə Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təhlükəsizliyi üçün mümkün ola biləcək bütün hədələr bu yol ilə minimuma endirilmiş olur”.

 

A.Qurbanova qeyd edib ki, açılış mərasimində cənab Rəcəb Tayyib Ərdoğanın iştirakının ilkin hədəfi Türkiyənin Azərbaycanın hər addımında onun yanında olduğunu göstərməkdir.

 

“Amma eyni zamanda, Azərbaycanın uğurlarını özünə təhdid olaraq qəbul edən İran kimi ragional və Fransa kimi qlobal güclərə Türkiyənin regiondakı varlığını bir daha xatırlatmağın zəruriliyindən də irəli gəlir. Ona görə də, düşünürəm ki, belə həssas dövrdə cənab Rəcəb Tayyib Ərdoğanın və cənab İlham Əliyevin Zəngilan havalimanının açılış mərasimində birlikdə iştirak etmələri lazımi mərkəzlərə kifayət qədər açıq mesajlar vermiş oldu. Və bu mesajların ilkin hədəfi Azərbaycanın ərazi bütövlüyünün həm Azərbaycan, həm də Türkiyə üçün qırmızı xətt olduğunu və heç bir halda bu məsələdə güzəştə gedilməyəcəyini bütün maraqlı tərəflərə bir daha xatırlatmaqdır”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR