Un UCUZLAŞDI

16:47 31-10-2022 | icon 497 | İqtisadiyyat
Un UCUZLAŞDI

Ölkə ərazisində satılan unun qiyməti ucuzlaşıb.

 

Baku TV-nin əməkdaşı xəbərlərin həqiqətəuyğun olub-olmadığını elə yerindəcə araşdırmağa çalışıb.

 

Məlum olub ki, unun bütün növlərinin qiymətində bir ay əvvəlki ilə müqayisədə 1 manata qədər ucuzlaşma müşahidə olunur.

 

Maraqlıdır, görəsən, bu vəziyyət - yəni unun ucuzlaşması çörəyin qiymətinə də təsir edəcəkmi? 
Çörək zavodunun əməkdaşı Zöhrab Cabbarov qeyd edib ki, çörəyin qiymətində ucuzlaşma hələlik gözlənilmir. Çünki qiymət fərqi çox azdır.

 

Ekspertlər isə hesab edirlər ki, proseslər belə davam edərsə, qiymət azalması çörək, həmçinin digər un məmulatlarına da təsir edəcək. 

 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, çörək və un məmulatlarının qiyməti sentyabr ayında əvvəlki aylarla müqayisədə 4,8 faiz artıb. Bu dövrdə pərakəndə satılan ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşanların sırasında un ilk yerdə olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR