Rihannanın altı il sonra musiqiyə qayıtma səbəbi

11:08 02-11-2022 | icon 524 | Şou-biznes
Rihannanın altı il sonra musiqiyə qayıtma səbəbi

Məşhur pop müğənni Rihanna uzun illər sonra musiqiyə qayıtmaq səbəbini açıqlayıb.

 

Belə ki, “Qara Pantera: Əbədi Vakanda” (“Black Panther: Wakanda Forever”) layihəsinin saundtreki ilə altı illik fasiləyə son verən aktrisa bunu 2020-ci ildə onkoloji xəstəlikdən vəfat edən Çedvik Bouzmanın xatirəsini yad etmək üçün etdiyini bildirib.

 

Sözügedən filmin rejissoru Rayan Kuqler mahnının ifası üçün məhz Rihannanın seçilməsinin təsadüfi olmadığını açıqlayıb.

 

“Biz filmin hekayəsini danışa bilən, mövzusunu əhatə edən və fərqli “qablaşdırma”da tamaşaçılara təqdim edən böyük sənətkar axtarırdıq. Bunun qadın olması məntiqli idi, çünki bu, ikinci filmin əsas mövzusudur - analıq”, - deyə o bildirib.

Kuqlerin sözlərinə görə, barbadoslu ifaçı filmin birinci hissəsində “Qara Pantera” rolunu oynayan mərhum Bouzmanın irsinə töhfə vermək istəyib:

 

“Bəstəni təqdim edən kimi Rihanna birbaşa dedi:

“Mən bunu Çed üçün etdim”.

 

Qeyd edək ki, oktyabrın 28-də Rihannanın “Qara Pantera: Əbədi Vakanda” filminin soundtrekinə çevrilən yeni “Lift Me Up” mahnısı yayımlanıb.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ