Çoxdan gözlənilən solo konsert BAŞ TUTDU

11:46 02-11-2022 | icon 532 | Şou-biznes
Çoxdan gözlənilən solo konsert BAŞ TUTDU

Pop Diva Aygün Kazımova və sevilən müğənni Rəsul Əfəndiyevin uzun zamandır afişa olan konserti nəhayət ki, reallaşdı.

 

Versus.az xəbər verir ki, şəhər məkanlarından birində baş tutan musiqili gecədə öncə Rəsul Əfəndiyev yer alıb.

 

"Sənə görə" mahnısı ilə konserti açıq elan edən Əfəndiyev ard-arda hit mahnılarını səsləndirdi. Sənətçi, gecədə iki libas dəyişib.


Çox keçmədən, ölkənin əsas ulduzu, xalq artisti Aygün Kazımova da səhnəyə çıxaraq, inanılmaz şouya imza atdı.

 

Anşlaqla davam edən gecənin sonunda yenidən səhnəyə çıxan duet ortaqları birlikdə sevilən mahnılarını da oxudular. Cütlüyün bütün ifaları tamaşaçı coşqusu və alqışlarla yadda qaldı!


Həmçinin, bu günlərdə cütlüyün “Poqodi, postoy” adlı mahnıya çəkdirdiyi klip təqdim olunub.

 

Xalq artisti Aygün Kazımova və müğənni Rəsul Əfəndiyevin klipdə geyindikləri Meksika stilli kostyumları Ruxa və Fuad hazırlamışdırlar.

 

Bu, cütlüyün sayca dördüncü klipidir. Onlar bundan əvvəl “Dola mənə qolunu”, “Yarımdı o”, “Bu şəhərdən” mahnılarını oxuyublar.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ