“Xarıbülbül” model agentliyi uşaqları dünyaya çıxarır

15:02 01-06-2023 | icon 693 | Cəmiyyət
“Xarıbülbül” model agentliyi uşaqları dünyaya çıxarır

Nurlana Arifqızı: “Məqsədimiz Azərbaycanda uşaq modasının inkişafına nail olmaqdır”

 

“10 ildir ki Çin Xalq Respublikasında fəaliyyət göstərirdik. Pandemiya ilə əlaqədar Azərbaycana gəldik. Düşündük ki, uşaqlar üçün faydalı işlər görə bilərik. Buna görə də uşaq modasını inkişaf etdirmək istədik. Moda deyəndə, bu sözün fonunda həm də böyük əməl durur. Moda - normal həyat tərzi, uşaqlarımızın sağlamlığı, özünəgüvənidir. Elə bu niyyətlə də Azərbaycanda “Xarıbülbül” adlı model agentliyi yaratdıq”.

 

Versus.Az xəbər verir ki, bunu Xarıbülbül Model Agentliyinin rəhbəri Nurlana Arifqızı deyib.

 

O, Azərbaycanda Moda Həftəsi ilə bağlı dəfilədə həm keçirilən tədbir, həm də ölkəmizdə uşaqların modaya olan marağından danışıb:

 

“Bu gün Ulu öndərimiz Heydər Əliyevin 100 illiyinə həsr etdiyimiz tədbirdə azyaşlı modellərin çıxışlarını nümayiş etdiririk. Biz bu iki ildə demək olar ki, çoxsaylı tədbirlər həyata keçirmişik. Hər bir tədbirimizdə uşaqlarımıza milli qürür, vətənə sevgi aşılamağa çalışmışıq. Biz bunu hazırladığımız çıxışlarımızda da göstərmişik. Qarşıda böyük planlarımız var. Beynəlxalq model agentliyi olduğumuza görə, uşaqlarımızı xarici dövlətlərə çıxarmaq niyyətindəyik. Əgər bu gün tədbir keçirdiyimiz, əməkdaşlıq etdiyimiz Qazaxıstan, Özbəkistan, Türkiyə, Çin Xalq Respublikası və sair bu kimi dövlətlərdə Xarıbülbülün adı çəkilirsə, bu bizim üçün böyük fəxrdir. Çünki Xarıbülbül bizim üçün bir qalibiyyət rəmzidir”.

 

 

Nurlana Arifqızı dövrün uşaqlarının modaya olan marağından da söz açıb:

 

“Düzdü, bu gün Azərbaycanda bu sahəyə maraq o qədər də böyük deyil. Xarici dövlətlərdən fəqrli olaraq, modaya sevgi azdı. Ancaq biz çalışırıq ki, valdeyinlər bilsin ki, moda yalnız geyim demək deyil. Bu hər şeydən öncə bir sağlamlıqdır. Uşağın sağlam, xoşbəxt, özünəgüvən hissi ilə böyüməsi çox mühüm məsələdir. Bununla yanaşı onlar moda və tərz sahəsində artıq zövqlü geyimin nə olduğunu  anlayırlar. Düzgün yeriş, düzgün qamət necə olmalıdır, bütün bunlar uşaqlara aşılanır. Məqsəd isə birdir – insanlara moda sahəsini sevdirmək. Düşünürəm ki, yaxın zamanlarda buna tam şəkildə nail ola biləcəyik”.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq