İki boksçumuz dünya çempionatına qələbə ilə başladı

10:50 16-11-2022 | icon 312 | İdman
İki boksçumuz dünya çempionatına qələbə ilə başladı

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatına start verilib.

 

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, mundialın ilk günündə millinin iki üzvü mərhələ adlayıb.

 

Sənan Hətəmov (67 kq) Neri Kanaviri (Boliviya) ilə qarşılaşıb. 1/32 final mərhələsində baş tutan görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. O, rəqibini tam üstünlüklə məğlub edib. Hətəmov növbəti döyüşündə ilk mərhələdən azad olan kanadalı Yakub Blaislə üz-üzə gələcək.

 

Mehparə Məmmədova (48 kq) da rinqdən qalib ayrılıb. 1/16 final mərhələsində Lyuba Atanasova (Bolqarıstan) ilə döyüşən idmançı rəqibinin üçüncü raundda diskvalifikasiya olunması səbəbindən növbəti görüşə vəsiqə qazanıb. Məmmədova ikinci cəhdində monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayacaq.

 

Tural Sarıyev (48 kq) Titivat Flonqauraiyə (Tailand), Rza Rzazadə (75 kq) isə Antonio Leyvaya (Argentina) məğlub olaraq mübarizəni dayandırıblar.

 

Qeyd edək ki, dünya çempionatında bu gün yığmanın daha iki boksçusu mübarizəyə qoşulacaq. Kamil Babayev (54 kq) Riçard Erazo Çaçanı (Ekvador), Aysu Dərvişova (57 kq) Quadalupe Peresi (ABŞ) sınağa çəkəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122