"Bu da rejimin sonu ilə nəticələnəcək"

17:51 16-11-2022 | icon 728 | Geopolitika
"Bu da rejimin sonu ilə nəticələnəcək"

Təyyar Yəhyayev: “Bu proses rejimin dəyişdirilməsinə yönəlib və...”

 

“İki aydır ki, İranda etiraz aksiyaları davam edir və nümayişlər molla rejimi tərəfindən çox qəddarlıqla yatırılır. İranda gedən bu proses rejimin dəyişdirilməsinə yönəlib və bunun  üçün geriyədönməz əsaslar yaranıb”.

 

Bunu Versus.az-a Yeni Yol Partiyası (YYP) sədrinin müavini, siyasi ekspert Təyyar Yəhyayev İranda gedən etiraz nümayişləri və prosesin hansı sonluqla nəticələncəyinə diqqət çəkərkən bildirib.

 

T.Yəhyayev qeyd edib ki, ayrı-ayrı bölgələrdə gedən nümayişlərə ayrı-ayrı ruhanilər fətfa verib və bu da onu göstərir ki, ruhanilər arasında da bir parçalanma var. Bu da rejimin sonu ilə nəticələnəcək.  Onun sözlərinə görə, bu nümayişlərdə azərbaycanlıların da olması istisna edilməsə də, proses sırf güney azərbaycan ideyasının qabardılması ilə bağlı deyil:

 

“İranda azərbaycanlılar zaman-zaman öz azadlıqları uğrunda  aksiyalar keçirdib, öz müstəqilliklərini tələb ediblər. Amma bir şey də bizə məlumdur ki,  azərbaycanlıların öz hüquqlarını bərpa etməsi, azadlıqları İranın demokratikləşməsindən keçir.  Ona görə də azərbaycanlıların belə bir vaxtda İranda öz müstəqilliklərini almasını indiki zamanda real görmürəm. Çünki bunun üçün ilk olaraq rejim dəyişilməlidir.

“İranda ümumən 84 milyona yaxın əhali yaşayır.  Onun 36 faizi farslar,  45 faizi azərbaycanlılardır, 7-8 faizi kürdlər, yerdə qalan faizi digər xalqlar təşkil edirlər. Biz təbii ki, İran xalqı ilə rejimi bir -birindən ayırmalıyıq.  Orda əhalinin çoxluğunu azərbaycanlılar təşkil edir.  İran xalq olaraq, azərbaycanlı olaraq həmişə Azərbaycanın yanında olub. Biz bunu I Qarabağ müharibəsində də görmüşük.  Bu mənzərəyə baxanda İranda gedən proseslərin xalqların azadlığı ilə nəticələnəcəyini söyləmək olar”.

 

Siyasi ekspert hesab edir ki, bu gün İranda  proseslərin istənilən sonluqla nəticələnməsi üçün Qərb, Avropa bir sıra üsulara əl atır.  Bunlaradan biri hər hansı bir ölkənin İranla müharibəyə çıxarılmasıdır:

 

“Məsələyə bu kontekstdən yanaşanda İranın Azərbaycanın sərhəddində təlimlər keçirməsi  və eyni zamanda Səudiyyə Ərəbistandan hücumun gözlənilməsi maraqla izlənir. Bu cür müharibələr başlayarsa onsuz da sanksiyalar altında olan İranda xalqın ayağa qalxması, rejimə qarşı mübarizə aparması üçün daha münbit şərait yaranacaq.  Lakin qeyd etməliyəm ki, İran Azərbayacanla açıq müharibəyə cəsarət etməz. İranın Azərbaycana qarşı aqressiyası, hərbi təhdidi manevrdir.  Bu cür təlimlərlər sanki İran xalqını etirazlardan yayındırmaq niyyəti güdür. Prezidentimiz də Zəngilanda səfərdə olanda mesaj verdi ki, biz heç kəsdən qorxmuruq, Azərbaycan ordusu 2 il əvvəlkindən daha güclüdür”.

 

Azərbaycan DTX tərəfindən İrana işləyən cəsus şəbəkəsinin aşkar edilərək həbs edilməsinə diqqət çəkən T.Yəhyayev bu əməliyyatı yüksək dəyərləndirib:

 

“Bu da onu göstərir ki, bu gün Azərbaycanda  olan “ 5-ci kolon”, istənilən cəsus şəbəkələri zərərsizlşdiriləcək. Azərbaycanda yalnız azərbaycançılıq olmalıdır.  Xaricə işləyən kimlər, yaxud hər hansı bir qüvvə varsa o Vətən xaini elan olunaraq dərhal zərərsizləşdirilməlidir”.

 

Ekspert bildirib ki, dövlət olaraq İran heç vaxt Azərbaycanın inkişaf etməsini istəmir. İran  heç vaxt Naxçıvanla Azərbaycan arasında birbaşa əlaqənin olmasını istəmir.  İran Türkiyənin Azərbaycanla əlaqələrinin inkişaf etməsini istəmir. Bu real faktlardır. O, İranın Azərbaycana qarşı aqressiyasının bir səbəbimkimi Zəngəzur dəhlizi məsələsinin ortaya çıxması ilə əlaqələndirib:

 

“Bundan sonra İran  daha da aqressivləşib. Çünki bu dəhliz Azərbaycanın Naxçıvan, Türkiyə ilə birbaşa quru yol əlaqəsinin əlaqəsinin qurulmasını təmin edir. Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının 9-cu zirvə görüşü də bu əlaqələrin yeni mərhələyə qədəm qoyması mesajını verdi. Əlbəttə ki, Türk Birliyini istəməyənlər öz aqressiyasını Türkiyədə törətdiklləri terrorla biruzə verdilər. Lakin bu prosesi heç kəs dayandıra bilməyəcək”.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ