“Xankəndində keçirilən mitinqlər Rusiyanın təkidi ilə baş verir”-açıqlama

15:26 31-10-2022 | icon 224 | Geopolitika
“Xankəndində keçirilən mitinqlər Rusiyanın təkidi ilə baş verir”-açıqlama

 

 

“Rusiyanın təkidi ilə Xankəndində çoxsaylı mitinqin təşkil edilməsi də bu plana daxil edilib. Soçi görüşündə Azərbaycana qarşı siyasi təzyiqlər ola bilər”.

 

 

Versus.az xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu  Soçi görüşü və Xankəndində ermənilərin sülhməramlıların qalması və sair məsələlərlə bağlı keçirdiyi aksiya ilə bağlı açıqlamasında bildirib.

 

ADP sədri bildirib ki, Rusiya prezidenti Vladimir Putin Valday görüşündə Azərbaycanla Ermənistan arasında Avropa İttifaqının təklif etdiyi sülh sazişinin alternativi kimi, üçtərəfli 10 noyabr 2022-ci il tarixli sazişinin ruhuna zidd olaraq və Azərbaycanın suverenliyini kölgə altına salan yeni təkliflə çıxış edib.

Onun fikrincə, Rusiyanın bu yanaşması Avropa İttifaqının təklif etdiyi və hər iki ölkənin mənafeyinə nisbətən uyğun olan təklifin əleyhinə yönəlməklə Rusiyanın Cənubi Qafqazda itirilmiş nüfuzunun bərpasına, münaqişə vəziyyətinin qalıcı olmasına, Qarabağda yerləşdirilən “sülhməramlı” kontingentin ərazilərimizdə daha uzunmüddətli qalmasına hesablanmış bir çıxışdır və Azərbaycan tərəfi heç bir vəchlə bu təklifləri qəbul etməməlidir.

 

“Ölkə başçısını bu görüşdə 44 günün zəfərinə kölgə salmamağa, ərazi bütövlüyümüzü, suverenliyimizi təhdid edən təklifləri neytrallaşdırmağa çağırırıq”- deyə partiya sədri bildirib.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR