Güllələnən operatorun həyatı lentə alınır

09:27 18-11-2022 | icon 461 | Film
Güllələnən operatorun həyatı lentə alınır

“Story Syndicate” 2021-ci ilin oktyabrında qəfil güllədən həlak olan “Pas” (“Rust”) filminin operatoru Qalina Hatçinsin həyatından bəhs edən sənədli film hazırlayır.

 

Məlumata görə, 42 yaşlı ukraynalının həyat və yaradıcılığını araşdıracaq tammetrajlı sənədli film onun əri Mett Hatçinsin razılığı ilə çəkilir. Filmin rejissoru 2020-ci ildə “Circus of Books” (“Kitab sirki”) sənədli filmindəki işinə görə “Emmy” mükafatına namizəd olmuş Reyçel Meyson, prodüseri isə Culi Mets olacaq.

 

Xatırladaq ki, “Pas” filminin çəkiliş meydançasında məşq zamanı filmin həm də prodüseri olan Alek Bolduin həqiqi döyüş patronları ilə doldurulmuş silahdan atəş açıb. O, silahın boş patronlarla dolu olduğunu zənn edib. Nəticədə operator Qalina Hatçins və rejissor Coel Souza xəsarət alıblar. Rejissor bir neçə saatdan sonra xəstəxanadan buraxılsa da, operatorun həyatını xilas etmək mümkün olmayıb. Filmin çəkilişləri dayandırılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ