Paşinyan çərçivə sazişi nəyə hesablanıb? -Açıqlama

11:48 21-11-2022 | icon 310 | Geopolitika
Paşinyan çərçivə sazişi nəyə hesablanıb? -Açıqlama

 

 

“Çərçivə sazişi” başaldatmaqdır. Bizə elə bir sülh sazişi lazımdır ki, orada birmənalı olaraq vurğulansın ki,  Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır, Qarabağ Azərbaycan ərazisidir”.

 

 

Versus.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın  sülh müqaviləsinə dair Azərbaycanla “çərçivə sazişi” təklifinə açıqlamasında bildirib.

 

 

Politoloq hesab edir ki, Paşinaynın “çərçivə sazişi” heç bir əhəmiyyət kəsb etmir və Azərbaycan  heç vaxt ona getməz.

 

 

“Ermənistan kiməsə ümid edib əsas mövzulardan qaçmağa çalışır, prosesi ləngidir. Ona görə də düşünürəm ki, ilin sonuna qədər sülh sazişi imzalanmayacaq. Çünki  Ermənistan Sülh sazişinin mətnini hazırlayacaq işçi qrupunu formalaşdırmayıb, sərhədlərin müəyyənləşməsi, dəhliz  məsələsi yerində sayır. Belə olan halda irəliləyiş olmayacaq və gərginlik artacaq. Təbii ki, Ermənistanın təklif etdiyi “Çərçivə sazişi” heç bir halda çıxış yolu ola bilməz. O amorf bir  sənəd olacaq. Paşinyan çərçivə sazişi ilə Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir”.

 

Pakizə

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ