“Komissar Kattani” yeni filmini təqdim etdi

12:28 21-11-2022 | icon 325 | Mədəniyyət
“Komissar Kattani” yeni filmini təqdim etdi

Məşhur italyalı aktyor və rejissor Mikele Plaçido Sofiyada ilk dəfə olaraq “Karavaccionun kölgəsi” filmini təqdim edib və tamaşaçılarla söhbətləşib.

 

Tədbir bu günlərdə keçirilən 36-cı Kinomaniya Film Festivalı çərçivəsində baş tutub.

 

“Filmimiz həyat tarixçəsində çoxlu qara ləkələr olan böyük sənətkarın gerçək yaşamından bəhs edir. Onun kilsə ilə çoxlu ziddiyyətlərinin olduğunu, qətlə görə ölümə məhkum edildiyini və Papadan əfv aldığını bilirik. Lakin Romaya qayıdan Karavacio yoxa çıxır, onunla birlikdə əfvə görə minnətdarlıq üçün apardığı üç rəsm əsəri də itir. Filmdə biz o günlərin hadisələri ilə bağlı öz variantımızı təqdim etməyə çalışmışıq”, - Plaçido bildirib.

 

Daha sonra şəxsi həyatı və ailəsilə bağlı sualları cavablandıran 76 yaşlı rejissor övladlarının aktyorluq sənətini seçməsindən məmnun olduğunu bildirib.

 

“Aktyor olan övladlarımın uğurlarından razıyam. Axı bu peşədə ata həqiqətən heç bir şəkildə kömək edə bilməz, sənətçilərin taleyini onların istedadı, tamaşaçı həll edir. Ona görə də heç vaxt onları bu peşəni seçməyə məcbur etməmişəm. Oğullarımı filmlərdə çox mühüm rollar oynadığını görə bilərsiniz. İnanıram ki, onlarda istedad var, lakin hələ də inkişaf etməlidirlər”, - deyə Plaçido vurğulayıb.

 

Rejissor yaradıcılıq planlarını da bölüşüb. O, Sofiya yaxınlığında yerləşən “Boyana” kinostudiyası ilə ətraflı tanış olmaq və apreldə Bolqarıstana qayıdaraq yeni film çəkmək niyyətində olduğunu deyib.

 

Qeyd edək ki, “Karavaccionun kölgəsi” rejissor Mikele Plaçidonun 14-cü filmi olub. O, aktyor kimi 130-dan çox film və serialda rol alıb. Bununla belə, Plaçido ən çox “Sprut” televiziya serialında Komissar Korrado Kattani rolu ilə tanınır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ