"Cənubi Azərbaycan haqqı bərpa edilmədikcə..."

22:27 24-11-2022 | icon 591 | Geopolitika
"Cənubi Azərbaycan haqqı bərpa edilmədikcə..."

 

 

Azərbaycan dövləti öz torpaqlarını erməni işğalından azad edib, təcavüzkarı sülhə cəlb edib, nəhayət Zəngəzur yolunun çəkilişi ilə bağlı layihələrin gerçəkləşməsi, regionun inkişafı yönündə çalışarkən, cənub qonşumuz, müsəlman ölkə sayılan İran bizə qarşı təhdid dili ilə danışır, Ermənistanın təhlükəsizliyini özünün qırmızı xətti adlandırır. Görünən odur ki, İranda- tarixi Azərbaycan torpaqlarında yaşayan 40 milyon azərbaycanlının Cənubi Azərbaycan haqqı bərpa edilmədikcə, bu ölkənin Azərbaycan iddiları sərhədlərini aşır. Işğalçı Ermənistanı dəstəkləyən və Qarabağda gərginliyin yaranmasında maraqlı olan bu müsəlman ölkənin mollaları Cənubi Azərbaycan susduqca daha da irəli gəlirlər. Mövcud vəziyyət İrana nə vəd edir və ona qarşı hansı adekvat addımlar atılmalıdır?

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən siyasi ekspert Azər Hüseynov bildirib ki, İran tarixən Azərbaycanın müstəqillik və yüksəlişinə qısqanc yanaşıb.

 

 

“Ümumiyyətlə, gəlin görək 1000 illik bir dövrdə İran deyilən coğrafi siyasi məkan kim tərəfindən idarə edilib. Türk idarəçiliyində İranda fars dili inkişaf etmiş, ona qarşı fərqlilik edilməmişdir. Pəhləvi deyilən sülalədən sonra milli zülm başladı. Islam inqilabında insanlar ümidlənmişdi, amma milli zülm və diskriminasiya bitmədi. Azərbaycan türklərinə türkcə adlar belə qoymağa imkan vermirlər. İranın bugünkü qısqanclıqları isə regionda daha çox pay almaq istəyi ilə bağlıdır. Ona görə bunu edir. Amma biz də bu məsələdə milli mövqe və təmkini birləşdirə bilməliyik. İrana qarşı siyasətimiz milli maraqlara xidmət etməli, başqa qüvvələrin bundan yararlanmasına imkan verməməliyik. Çünki biz milli bir dövlətik”.

 

Siyasi ekspert hesab edir ki, İran daxilində sasanilik düşüncəsini bir tərəfdən məzhəbçilər, bir tərəfdən də Qərb tətikləyir. Onun szölərinə görə, təbii ki, burda Rusiya da öz mənfəətini götürür.

 

“İranda isə hələ sağlam baxış hakim deyil, sasanilik dili hakimdir. Amma bir Türkiyə amili var. Türkiyənin varlığı və bizimlə birliyi yeganə vasitəmizdir regional olaraq. İran amili ancaq bununla neytrallaşır. Qalanlar isə bizi hər an ortada qoya bilər”.

 

A.Hüseynov bildirib ki, bu gün Cənubi Azərbaycanlıların halı çox narahatlıq doğurur. Onun sözlərinə görə, cənubi azərbaycanlılar az təşkilatlanıb, milli ideya ilə bağlı fikir birliyinə malik deyillər.

 

“Bölgəsəl və qlobal güclər İranda İraq və Suriyada olduğu kimi qeyri-türk elementi ilə müttəfiqdirlər. Ona görə ilk öncə onların milli ideya ətrafında təşkilatlanması lazımdır. Azərbaycan dövləti beynəlxalq hüququ, eyni zamanda milli maraqları nəzər alaraq işlək konfiqurasiyalar qurmalıdır. Bu konfiqurasiyalar təbii ki, hansısa ölkənin ərazi bütövlüyünə qəsd etmə cəhdi deyil, sadəcə olaraq dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan türklərinin hüquqlarının və şərəflərinin qorunmasına yönəlməlidir. Bu da daha çox əlaqələrin, əməkdaşlığın genişlənməsi, güclənməsi müstəvisində baş verməlidir. Daha sonra isə istənilən situasiyaya hazır olmalıdırlar. Əks halda İraqdakı türkmənlərin durumu onlarda da təkrarlana bilər”.

 

Pakizə

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI