"Ermənistan eşidilməyən tərəf olmasını sübut etdi”

12:09 29-11-2022 | icon 577 | Geopolitika
"Ermənistan eşidilməyən tərəf olmasını sübut etdi”

Zaur Məmmədov: “Ermənistanın KTMT-ni Azərbaycana qarşı qaldırmaq istəyi baş tutmadı”

 

Dünyanın, regionun nəzərləri KTMT-nin Ermənistanda keçirilən toplantısına və orada aparılan müzakirələrə zillənib. Ermənistanın Azərbaycana qarşı KTMT-də təzyiq tələbi, istəyi yenə müzakirəyə səbəb olub. Ümumən götürsək, Ermənistanda keçirilən KTMT-nin İrəvan toplantısı bu ölkəyə hansı vədləri verdi. Ermənistan KTMT-ni Azərbaycana qarşı qoymaq cəhdlərini yenidən ortaya qoymağa çalışmaqla hansı nəticəyə nail ola bildi?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən politoloq Zaur Məmmədov qeyd edib ki, Ermənistan  sentyabr ayından başlayaraq KTMT-nin Azərbaycan-Ermənistan arasında yaşananlardan dolayı sərgilədiyi narazı idi.  Politoloq Ermənistanın əsas iki tələb üzərində dayandığını, fors-major vəziyyətdə KTMT-nin iş mexanizminin yenilənməsi və Azərbaycan ordusunun geri çəkilməsi ilə bağlı olduğunu önə çəkib.

 

“Liderlərin görüşlərində buna cəhidlər olsa da, heç bir konsersus əldə edilmədi.  KTMT-nın liderləri  Ermənistanın istəklərinə rədd cavabı verərək növbəti dəfə  sammitə ev sahibliyi etmiş ölkənin liderini biabır etmiş oldular”.

 

Politoloq bunu gözlənilən saydı. Onun sözlərinə görə, Azərbaycan Prezidentin də bununla bağlı oxşar açıqlaması var idi:

 

“Orda da qeyd olunmuşdu ki, İndiki zamanda Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatı  Azərbaycanla münasibətlərini heç bir halda korlamayacaq.  Üstəlik, biz dünən Lukaşenkonun ciddi şəkildə Paşinyanın üzərinə getdiyinin və bu kontesktdə Nikolun da susmağının şahidi olduq. Ermənistanın KTMT-ni Azərbaycana qarşı qaldırmaq istəyi baş tutmadı”.

 

Z.Məmmədov bildirib ki, Paşinyan KTMT-nin Azərbaycanın ordusunu geri çəkməməsi ilə bağlı bəyanat verməməyinin fonunda Qərblə- Rusiya arasında müəyyən bazarlıqlar etməyi düşünür:

 

“Ümumilikdə KTMT-nin toplantısı Ermənistanın iflası, Ermənistanın kənarda qalan, sözü eşidilməyən tərəf olmasını sübut etdi”.

 

Z.Məmmədov hesab edir ki, indiki məqamda Ermənistanın bir yerdə, bir mərkəzdə qalması mümkün deyil:

 

“Ukrayna hadisələri fonunda müəyyən ölkələrin, eləcə də KTMT-nin digər üzvlərinin həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya ilə balanslı siyasət yürütmələrinə cəhd etdiklərinin şahidi olmaqdayıq.  KTMT-nin Ermənistana etiraz etməsi, əslində bu, Qərb-Ermənistan münasibətlərinin daha da yaxşılaşdırılmasına gətirib çıxarda bilər. Ermənistan Qərb, Fransa qarşısında üstünlüklər əldə etmiş olacaq. Ümumilikdə isə Ermənistanın apardığı bu siyasətin gələcəyi yoxdur.  Biz görürük ki, Azərbaycan bütün istiqamətlərdə eyni dərəcəli siyasət apararaq dövlət maraqlarının həyata keçirilməsinə nail olur. Ermənistanın istəklərinin həyata keçirilməsi perspektivi sıfıra bərabərdir”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da