“Naxçıvanda həbs olunanlar "qaraqaş, qaragöz"deyildilər ki...”

12:31 02-12-2022 | icon 464 | Hadisə
“Naxçıvanda həbs olunanlar "qaraqaş, qaragöz"deyildilər ki...”

 

 

 

 

“Əslində qeyri-adi heç nə baş vermir. Azərbaycanda illərdir korrupsiya ilə mübarizə gedir, onun bir parçası olan Naxçıvan bu prosesdən kənarda qalmalı deyil. Bir gün bu mübarizə Naxçıvanı da əhatə etməli idi. Azərbaycanın nə qədər iri məmurları, biznesmenləri həbsə atıldı, Naxçıvanda həbs olunanlar "qaraqaş, qaragöz"deyildilər ki...”

 

 

 

Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Aydın Quliyev Naxçıvanda yüksək vəzifəli məmurların həbsi, aparılan istintaq araşdırması ilə bağlı gedən müzakirələrlə bağlı açıqlamasında bildirib.

 

A.Quliyev qeyd edib ki, Naxçıvandakı həbslər ətrafında geniş şərhlər verilir, çox uzağa gedən siyasi və hətta geosiyasi nəticələr çıxarılır. Onun fikrincə, maraqların böyük olması təsadüf deyil.

 

“25 ildən çox kənarda toxunulmaz qalmış mühüm regiondakı korrupsiya araşdırılır. Elə bir regionda ki,

oradan vaxtilə heç bir cümləni də rahatlıqla yazmaq mümkün deyildi”.

 

A.Quliyev hesab edir ki, bu əməliyyatların Azərbaycan DTX tərəfindən aparılmasının da aydın cavabı var.

 

“İllər boyu Naxçıvanda bu mübarizənin yerli orqanların özləri tərətindən aparılacağına, aparılmalı olduğuna etimad edildiyi üçün arxayın oldular. Ancaq iş yarıtmaz icra edildi. Özləri 2016-2017-ci illərdə cəmi 2 naziri tutdular -DİN və MTN-i. Ancaq korrupsiya mexanizmi səngimədi, öz işində oldu. Görəndə ki, Naxçıvanın yerli orqanlarının özləri korrupsiya ilə mübarizə aparan deyil, mübarizə aparmalı orqan və şəxslərin özləri bu işə bulaşıblar, o zaman Azərbaycan mərkəzi hakimiyyətinin iradəsi ilə DTX özü işə başlamalı oldu”.

 

A.Quliyev "Naxçıvanda korrupsiyanın niyə bu qədər geniş miqyaslı və dərin olduğu" ilə bağlı sualın da öz izahı və cavabının oduğunu deyib.

 

 

“Birinci səbəb odur ki, Naxçıvanda yerli rəsmi idarəetmə səlahiyyətlərinin bu qədər genişlənməsi az qala içimizdə ikinci bir dövləti yaradır. Naxçıvanın ayrıca "Xarici Kəşfiyyat Xidməti "də varmış. Rəhmətlik Heydər Əliyevin Ali Məclisə sədrliyi dövründə də orada yerli rəsmi idarəetmə səlahiyyətləri bu qədər geniş deyildi. Üstəlik o da var ki, Heydər Əliyevin sədrliyi dövründə Naxçıvanda yerli idarəetmə səlahiyyətlərinin genişliyi səmərəli nəticələr verirdi, hansı ki, indikindən xeyli az idi. Ancaq hazırkı yerli idarəetmə səlshiyyətlərinin hədsiz genişliyi neqativ rol oynadı. Ən böyük neqativlik isə bütün muxtar respublika əhalisinin rəsmi Bakıdan incik düşməsi oldu. Bu şəraitdə korrupsiyanın çiçəklənməsi təəccüblü deyil.

İkinci səbəb, Naxçıvandakı bəzi məmurların Bakıda müxtəlif xətlərlə bağlı olduqları daha iri məmurlar tərəfindən himayə edilməsidir”.

 

A.Quliyev baş verənlərin fonunda hesab edir ki, məsələyə heç bir siyasi rəng qatmadan proseslərin sadə məzmununu bu cür görmək lazımdır”.(hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR