Naxçıvanın statusu dəyişdirilə bilər

12:35 02-12-2022 | icon 541 | Hadisə
Naxçıvanın statusu dəyişdirilə bilər

Natiq Cəfərli: "Naxçıvan hadisələrinə daha böyük kontekstdən baxılmalıdır"

 

Mətbuatda verilən xəbərlərə görə,  Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür. Belə qeydlər var ki, oradakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir.

 

Araşdırmalar göstərib ki, Naxçıvana gətirilən mallarda külli miqdarda gömrükdən yayınma halları var. Məhz buna görə Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az göstərilib. Əslində isə bu 10 faizlik fərq Naxçıvana malların gömrükdən kənar gətirilməsi, yeyinti ehtimalı ilə bağlıdır. Mətbuatda gedən məlumatlara əsasən hər il Naxçıvana  dövlət büdcəsindən 500 milyon manat dotasiya verilir. Naxçıvanın öz gəliri isə 180 milyon manat göstərilir. Amma əslində bu, real rəqəm deyil. Əgər yalnız gömrükdə 100 milyon manatdan artıq mənimsəmə faktı aşkarlanıbsa, ümumilikdə yeyinti və mənimsəmənin səviyyəsini təxmin etmək olar.

 

Qeyd olunur ki, digər dövlət qurumları kimi, Gömrük Komitəsinin də Naxçıvanda birbaşa tabeliyində olan idarə formalaşdırması normal praktikadır və burada təəccüblü nəsə yoxdur. Bütün baş verənlərin fonunda Naxçıvanda baş verən həbslər müxtəlif aspektlərdə təhlil olunur.

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən iqtisadçı, siyasi təhlilçi Natiq Cəfərli hesab edir ki, Naxçıvanda baş verən hadisələrin arxasında tək korrupsiya ilə mübarizə məsələsi dayanmır.

 

“Hesab edirəm ki, Naxçıvanda baş verən hadisələrə daha böyük kontekstdən baxmaq lazımdır.  Çox güman ki, Naxçıvanın idarəetmə forması və yaxud da statusu ilə bağlı gələcəkdə hansısa ciddi dəyişikliklər olsun. Çünki unitar dövlət olan Azərbaycanın Konstitusiyasında, Naxçıvanın özünün Konstitusiyasında o qədər böyük səlahiyyətlərə malik özəl bir bölgənin olması  gələcəkdə ciddi problemlər yarada bilər. O cümlədən, Qarabada yaşayan erməni əsilli Azərbaycan vətəndaşları üçün bir örnək ola bilər, bir istək yarada bilər.  Ona görə də bu məsələlərə geniş kontekstdən baxmağa ehtiyac var. Ola bilər ki, ilkin mərhələdə Naxçıvanın regional orqanlarının, mərkəzi aparata birləşdirilməsi davam eləsin və bundan sonra ststusu, gələcəyi və onun idarəetmə formaları ilə bağlı siyasi qərarlar alına bilər”.

 

Bununla yanşı N.Cəfərli bildirib ki, bu o demək deyil ki, Naxçıvanda korrupsiya əməlləri yoxdur:

 

“Zatən Azərbaycanda hansı dövlət idarəsini qurdalasan orda korrupsiya əməlləri çıxacaq. Bu yenilik deyil, hansı vəzifəli həbs ediblərsə, işdən çıxarıblarsa onun arxasında korrupsiya əməlləri çıxıb.  Sadəcə bu prosesdə məqsəd tək korrupsiyanın aşkarlanıb aradan qaldırılması deyil.  Bu Naxçıvanda idarəetmənin formasının, statusun dəyişdirilməsi ilə bağlı hazırlığa da bənzəyir”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122