Bu qidaları yeyən oğlanlar qız kimi olur

09:15 05-12-2022 | icon 474 | Sağlamlıq
Bu qidaları yeyən oğlanlar qız kimi olur

Son zamanlar tez-tez belə bir fikir səslənir ki, “bəzi oğlan uşadlarının danışıq, davranış və ünsiyyət formasında əks cinsə oxşarlıq müşahidə edilir”. Odur ki, bu problemlə bağlı elmi həqiqətləri söyləməyi lazım bildim.

 
 
Bu barədə professor Musa Qəniyev bəzi oğlan uşaqlarında müəyyən yaş dövründə müşahidə edilən və narahatlığa səbəb olan hallar hormonal aktivliyin dəyişilməsi barədə açıqlama verib.
 
 
“Bəzi oğlan uşaqlarında müəyyən yaş dövründə müşahidə edilən və valideyinlərin narahatlığına səbəb olan hal isə, hormonal aktivliyin modulyasiyasıdır. Yəni patoloji proses deyildir. Fizioloji kənaraçıxma kimi dəyərləndirilən bu halın əsasında, zülali qidalanmada hormonal tənzimin pozulması durur (məsələn, heyvandarlıq və quşçuluq təsərrüfatlarında, hormonlarla zənginləşdirilmiş zülal tərkibl, yemlərdən nəzarətsiz istifadə və s.). Müxtəlif yarımfabrikat, enerjili içkilər, fast foot və s. qidalara normativə tam əməl olunmayan E120, E621, E250 və s. kimi fərdi indeksli iştah və dad artırıcı əlavələr də bura aiddir.
 
 
Uşaq orqanızmində hormonların dəyişim nisbəti, fizioloji tarazlıq halına, ilkin yetkinlik yaş dövründə, yəni təbii dinamik fərqlilik nisbətinə qədəm qoyduqda, tam bərpa olunur. Odur ki, bəzi oğlan uşaqlarında müşahidə olunanlar, yalnız qeri dönüşlü müvəqqəti hal və ya fizioloji pozğunluqdur. O, xüsusi narahatlığa səbəb olacaq, heç bir ciddi patologiyadan xəbər vermir. Buna görə valıdeyinlər qorxu, stress və gərginlik hissi keçirməməlidir. Yalnız uşaqları qorumalı, qüruruna toxunmamalı, özünə qapanmaya imkan verilməməli, bunun müvəqqəti bir hal olduğunu həm özləri anlamalı, həm uşağa, həm də yaxın ətrafa anlatmalıdırlar.
 
 
Başqa sözlə, bunun, yuxarıda dediyim svilizasiya dönəmilə bağlılığı və ya aşağıda təhlilini verdiyim məlum xəstəliklə heç bir əlaqəsi yoxdur. Yəni bu hal nə xəstəlik, nə də patoloji proses deyildir.
 
 
İndi isə, məlum səbəbdən, insanları qorxudan, irsi gedişli arzuolunmaz xəstəlik barədə. Bəli, ............. və s. adlarla adlandırılan patoloji hal, müstəqil nozoloji vahiddir. O, X xromosomu, yəni ana xəttilə (bu cür qadınlarda cinsi istəkdə müəyyən fərqlilik olur) nəsildən-nəsilə verilən, irsi genetik xəstəlikdir. Çünki, oğlan uşaqları X xromosomunu anadan alır və ana xətti oğlanlarda daha güclü olur. Odur ki, ana tərəfdə məlum xəstəlik varsa, dünyaya gələcək oğlan uşaqlarının daşıyıcı olma ehtimalı yüksəkdir, lakin mütləq deyildir. Çünki, bu xəstəlik cəmi 3 nəsil davam edir. İlkin mənbədə bu gen inaktivdir.
 
 
Bizim gördüyümüz aktiv faza 2-ci nəsildə olur. 2-ci nəsildə X xromosomunu ana xəttilə alan, onun qaşıyıcı və ötürücüsü olan qız uşaqlarında isə, bu gen telomer itkisi səbəbindən 50:50 faiz nisbətində inaktivləşərək, növbəti 3-cü nəslə, remissiv şəklə ötürülür. Nəticədə, anaya münasibətdə 2-ci, əslində 3-cü nəsil sayılacaq, doğulan oğlan uşaqlarında, bu xəstəliyin baş vermə ehtimalı sıfr faiz nisbətinə olur. Yəni bu cür şəxslərə görə də, gələcək nəsil üçün xüsusi naraharlığa əsas yoxdur. Çünki, əksər gen patologiyalarından fərqli olaraq bu xəstəlik əbədi deyildir. Biz onun aktivlik halını yalnız 2-ci nəsildə görürük.
 
 
Son olaraq, xatırlatmaq istəyirəm ki, istər bu, istərsə də digər xəstəlikdən qorunmağın əsas yolu, təbiətin mütləq qanunları, xüsusən, əksiliklərin vəhdətini (gecə-gündüz, yaxşı-pis, qadın-kişi və s. kimi) mövcudiyyətin təməl əsası kimi qəbul edib, ona tabe olmaq və əməl etməkdir. Yalnız bu halda “abnormal” hal və xəstəliklərdən sığortalanmış olarıq”. /BakuPost/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”

Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir

Polisdən Abşeronda ƏMƏLİYYAT

“Google”dən rəsmi proqramlarla bağlı YENİLİK

Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək?