Pianoçularımız dünyanın ən yaxşıları arasında

14:11 05-12-2022 | icon 395 | Mədəniyyət
Pianoçularımız dünyanın ən yaxşıları arasında

Məşhur “All About Jazz” saytı hazırda fəaliyyət göstərən ən yaxşı caz pianoçularının siyahısını dərc edib.

 

Versus.Az xəbər verir ki, onların arasında Herbi Henkok, Əhməd Camal kimi tanınmış adlarla yanaşı, azərbaycanlı pianoçular Elçin Şirinov və Əminə Fiqarovanın adları da var.

 

 

Elçin Şirinov heç vaxt musiqi məktəbində oxumayıb. Onun müəllimləri məşhur caz musiqiçiləri Vaqif Sadıqov, Aaron Qoldberq, Kevin Heys, Jan Mişel Pilk və Yakov Okun olublar. Elçin bir sıra böyük musiqiçilərin, xüsusilə Art Tatum, Çarli Parker, Bad Pauell, Telonious Monk, Con Koltreyn, Bill Evans, Mayles Devis, Ueyn Şorter, Herbi Henkok və Bred Meldaunun təsiri altında olub. Dünyanın bir çox caz festivallarında çıxış edən Şirinov daha böyük populyarlığı məşhur musiqiçi Avişay Koenin triosunda qazanıb. Bu yaxınlarda isə o, qrupdan ayrılaraq öz layihələri üzərində çalışmaqla karyerasını davam etdirir.

 

Əminə Fiqarova isə Avropanın ən məhsuldar caz bəstəkarlarından və istedadlı caz pianoçularından biridir. Bakıda dünyaya göz açan musiqiçi hazırda Rotterdamda (Niderlandda) yaşayır. Əminə çox erkən yaşlarından pianoda ifa etməyə və musiqi bəstələməyə başlayıb. O, Bakı Konservatoriyasında, sonra Rotterdam Konservatoriyasında və Bostonda Berkli Musiqi Kollecində təhsil alıb.

 

 

Qeyd edək ki, “All About Jazz” 2022-ci ilin aprelindən noyabrınadək “ən sevilən pianoçu” sorğusunu keçirib, siyahı da bunun nəticələrinə əsasən tərtib olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu