Mini gömrük postu quraşdırılacaq

17:32 05-12-2022 | icon 890 | Gündəm
Mini gömrük postu quraşdırılacaq

“Azərbaycan tərəfi ilə razılaşdırmışıq ki, mini gömrük postu quraşdıraq. Girişdəki nəzarət-buraxılış məntəqəsinə müasir avadanlıqlar gətirək. Bizim bu günə qədər yoxlanış üçün texniki vasitələrimiz yox idi. Orada hansısa yüklərin altından nə isə keçirə bilərlər”.

 

Bu sözləri Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Jurnalistimizin ünvanladığı “əgər yoxlanış üçün avadanlıq yoxdursa, təhlükəsizliyin tam təminatı haqda danışmaq nə qədər doğrudur?” sualını cavablandıran A.Volkov vurğulayıb ki, post qoyulacaq və lazımi yoxlanış həyata keçiriləcək.

 

“Belə olan halda mən düşünürəm ki, işimizin effektivliyini artıracağıq və bura hər hansı qadağan edilmiş yüklərin daşınmamasına zəmanət təmin olunacaq”, - deyə sülhməramlı qüvvələrin generalı bildirib.

 

Xatırladaq ki, 44 günlük Vətən müharibəsinin sonunda imzalanan üçtərəfli 10 noyabr bəyanatının 4-cü bəndinə görə, Rusiya sülhməramlıları beş il müddətinə Qarabağa yerləşdiriliblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq