Bu gün 1/4 finalın son iştirakçıları bəlli olacaq

10:53 06-12-2022 | icon 507 | İdman
Bu gün 1/4 finalın son iştirakçıları bəlli olacaq

Qətərdə keçirilən dünya çempionatında bu gün 1/8 final mərhələsinə yekun vurulacaq.

 

Versus.Az xəbər verir ki, bununla da 1/4 finalın son 2 iştirakçısı bəlli olacaq.

 

Günün ilk oyununda turnirin favoritlərindən hesab olunan İspaniya millisi Mərakeşlə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçı argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək.

 

1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi meksikalı Sesar Arturo Ramos olacaq.

 

DÇ-2022

1/8 final

6 dekabr

 

19:00. Mərakeş - İspaniya

Baş hakim: Fernando Rapallini (Argentina)

“Edyukeyşn Siti” stadionu

23:00. Portuqaliya - İsveçrə

Baş hakim: Sesar Arturo Ramos (Meksika)

“Lusail” stadionu

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR