“Bakı Metropoliteni”ndən sərnişinlərə XƏBƏRDARLIQ

12:26 06-12-2022 | icon 396 | Sosial
“Bakı Metropoliteni”ndən sərnişinlərə XƏBƏRDARLIQ

Bu günlərdə Bakı Metropolitenində müvafiq rəsmi müraciət və icazə olmadan, metropoliten stansiyalarından birinin eskalator sürahisində kimyəvi təmizləyici maddədən istifadə etməklə, bu prosesi videogörüntüyə almağa cəhd göstərmiş şəxslər Polis Şöbəsinin əməkdaşlarının çevik əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Həmin şəxslər atdıqları addımların verə biləcəyi fəsadlarla bağlı müvafiq izahat işi aparılmaqla inzibati məsuliyyətə cəlb olunublar.

 

Versus.Az xəbər verir ki, bnunla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.

 

“Sərnişinlərin və ictimaiyyətin diqqətinə çatdırırıq ki, Bakı metropoliteninin fəaliyyəti müvafiq texniki normativ qaydalarla, metropolitendən istifadə qaydaları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Məhz bunun sayəsində Bakı metropolitenində sərnişindaşımanın təhlükəsizliyi təmin edilir. Qeyd edilənlər nəzərə alınaraq, metropoliten infrastrukturuna daxil olan avadanlıq, qurğu, maşın və mexanizmlərə kənar şəxslərin müdaxiləsi, həmçinin təhlükəsizliyinə zidd olan və xələl gətirən istənilən davranış qaydaları yolverilməzdir.

Bakı metropolitenindən istifadə qaydalarının 5.12 bəndi ilə binalara, tikililərə və qurğulara, stansiyaların, eskalatorların və vaqonların avadanlıqlarına ziyan vurmaq, bundan savayı, 5.30-cu bəndi ilə Bakı metropoliteni rəhbərliyinin icazəsi olmadan metropoliten ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya, reklam və ya digər formada fəaliyyət göstərmək və hər hansı formada təbliğat aparmaq qadağan olunub”, - məlumatda qeyd olunur.

 

Qurumdan həmçinin vurğulanıb ki, eskalatorlar ən mürəkkəb texniki qurğulardan sayılmaqla, onların iş rejimi, texniki vəziyyəti, sanitar-gigiyenik normaların tələblərinə uyğun olması, təmizliyi xüsusi diqqət mərkəzində saxlanılır:

 

“Eskalatorların təmizlənməsi üçün müvafiq normalara, texniki tələblərə qeyd-şərtsiz əməl olunur. Normativlərdə müəyyən edilmiş vaxtlarda, eləcə də gün ərzində daimi monitorinq və baxış zamanı zərurət olduğu hallarda yalnız icazə verilən vasitələrdən istifadə olunmaqla eskalatorların sürahiləri və digər texniki elementlərinin təmizliyi işləri aparılır. Sərnişin rahatlığına, sağlamlığına və səhhətinə, eləcə də eskalatorların texniki istismarına xələl gətirə, onu sıradan çıxara və aşılanmanı sürətləndirə biləcək vasitələrdən istifadə qadağandır.

 

Nümunə üçün qeyd edək ki, 2020-ci ilin fevral ayından Bakı metropolitenində, o cümlədən stansiyaların eskalatorlarında istər sərnişindaşıma zamanı cari, istərsə də gecə növbələrində əsaslı olmaqla aparılan dezinfeksiya işlərində istifadə olunan maddələrin seçilməsinə xüsusi yanaşılıb, onların sərnişin orqanizminə, o cümlədən dermatoloji baxımdan hər hansısa təsir edən tərkiblərdən hazırlanmamasına, hətta iysiz və qoxusuz olmasına, eskalatorların fəaliyyəti və texniki vəziyyətinə xələl gətirməməsinə və s. məsələlərə diqqət yetirilib, texniki-normativ tələblərə ən ciddi şəkildə riayət olunub. Hətta bu hallara zəmanət olsa belə, vasitələr və alətlər xüsusi texniki sınaqlardan keçirilməklə istifadə olunub.

 

Bütün bunlar nəzərə alınaraq, yuxarıda qeyd olunan halda olduğu kimi, qurğu və avadanlıqlara qeyri-qanuni və icazəsiz istənilən müdaxilə sərnişin təhlükəsizliyinə, metropoliten infrastrukturuna xələl gətirən və metropolitendən istifadə qaydalarının digər müvafiq bəndləri ilə ziyan vurma, eləcə də metropolitenin nüfuzuna xələl gətirilməsi cəhdi kimi dəyərləndiriləcək və müvafiq ciddi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət olunacaq”, - məlumatda bildirilib.

 

“Bakı Metropoliteni” QSC sərnişinlərinə və ictimaiyyətə müraciət edərək, metropolitenin hüdudları daxilində qaydalara riayət olunmasını, avadanlıq və qurğulara özbaşına müdaxilə edilməməsini, istənilən şübhəli, nöqsan və qüsurlu halları müəyyən etdikdə, ilk növbədə, metropoliten əməkdaşlarına müraciət edilməsini və məlumat verilməsini xahiş edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR