Nazir müavini qanunsuz sərnişindaşımalardan DANIŞDI

11:23 09-12-2022 | icon 497 | Sosial
Nazir müavini qanunsuz sərnişindaşımalardan DANIŞDI

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini qanunsuz sərnişindaşımadan danışıb.

 

Versus.Az xəbər verir ki, nazir müavini Rəhman Hümmətov bildirib ki, qanunsuz sərnişindaşıma Bakı ilə yanaşı rayonlarda da var:

 

“Bunun kökündə icazə, tənzimlənmə sisteminin olmaması dayanır. Ən əsas məsələ taksi sürücülərinin fərqlənmə nişanını əldə etməmələridir. Təəssüf ki, onların cüzi bir hissəsi bu nişanı alıb. Bakıda sərnişindaşıma ilə məşğul olan taksilərin təxminən 20 faizi xüsusi lisenziyaya malikdir”.

 

O qeyd edib ki, hazırda taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrinin də çoxu standartlara cavab vermir:

 

“Hər bir ölkədə icazə tələb olunur. Bu fəaliyyətlə məşğul olması üçün tələblər və qaydalar müəyyənləşir. Bir ildən artıqdır bu məsələlərlə bağlı müzakirələr gedir. Bununla bağlı yaxın vaxtda layihə təqdim edəcəyik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR