“21 Azər” hərəkatının yaranmasının 77-ci ili

13:45 12-12-2022 | icon 1826 | Tarix
“21 Azər” hərəkatının yaranmasının 77-ci ili

İkinci Dünya müharibəsindən sonra dünya düzənində baş verən siyasi proseslər İran rejimində də ciddi dəyişikliklər yaratdı. Özbaşına və zorakı rejimin zülmündən inləyən xalqlar öz mədəni və siyasi hüquqları uğrunda demokratik mübarizəyə qoşuldu. Bu proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi.

 

Güney Azərbaycanda isə milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi. Ona görə də tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Hökuməti “21 Azər” hərəkatı adı ilə tanınmaqdadır. “21 Azər” hərəkatı İran Pəhləvi şah rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və Azərbaycan milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı.

 

Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi gedirdi. 

 

Milli Hökumət bir illik mövcudluğu dönəmində Azərbaycanda 20 il ərzində Pəhləvilərin görə bilmədikləri işləri həyata keçirməyi bacardı. Ancaq bu islahatlar nəinki İran rejimini, həmçinin burada böyük iqtisadi maraqları təmin olunan ABŞ və Böyük Britaniyanı, eyni zamanda Azərbaycanı vahid dövlət kimi görməkdən ehtiyatlanan SSRİ-ni narahat etməyə başladı. Dünyanın böyük gücləri İranda milli və demokratik bir dövlətin qurularaq milli maraqlardan çıxış etməsini qəbullana bilmədilər. 

 

1946-cı ilin 12 dekabrında Milli Hökumət devrildikdən sonra baş prokuror Firudin İbrahimi də daxil olmaqla milli fəallar ictimai şəkildə edam edildilər. Həbs və sürgünlərə göndərilərək ağır mühacirət həyatı yaşamağa məcbur oldular. Beynəlxalq imperializmdən dəstək alıb, məqsədinə çatan İran rejimi o gündən etibarən Azərbaycanın heç bir siyasi, mədəni hüquqlarını tanımaq istəmir və Cənubi Azərbaycanda yaşayan, say tərkibi İran əhalisinin yarısından çoxunu təşkil edən soydaşlarımızı molla əsarətində saxlamaqda davam edir.

 

Lakin Milli Hökumət qurucularının Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti yolunda apardığı mübarizə onların adlarını tarixə əbədi olaraq yazıb. Onların fəaliyyəti bu gün də Güney Azərbaycandakı soydaşlarımızın öz haqları, hüquqları uğrunda mübarizəsinə ciddi təkan verib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

Sea Breeze Resort-da musiqi mövsümünün AÇILIŞI

ÜMİD ADAM...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Cəsarət Valehova vəzifə verildi

Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Əzizə Cəfərzadənin Turanı - 63

Paşinyan Rusiya kanallarını BAĞLAYACAQ

Azad edilmiş ərazilərdə daha 79 mina AŞKARLANDI

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu BAŞLADI