DYP rəsmisindən XƏBƏRDARLIQ

14:02 13-12-2022 | icon 820 | Gündəm
DYP rəsmisindən XƏBƏRDARLIQ

Mübariz Ağayev: “40 manat cərimə oluna bilərsiniz”

 

Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib.

 

İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, hazırda mövsümlə əlaqədar yollarda palçıq və çirkli suların yaranma ehtimalı artdığından sürücülər avtomobillərinin, xüsusilə onların dövlət qeydiyyat nişanlarının təmizliyinə diqqət ayırmalıdırlar:

 

“Lakin təəssüf ki, bəzi sürücülər havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə çalışırlar ki, bu da qətiyyən yolverilməzdir.

 

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, qanunvericiliyin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və cərimə məbləği 40 manat olmaqla inzibati məsuliyyət yaradır”, - DYP rəsmisi vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq