"İranda olan azərbaycanlılar öz talelərini həll etmək üçün artıq yola çıxıb"

10:32 15-12-2022 | icon 2033 | Tarix
 "İranda olan azərbaycanlılar öz talelərini həll etmək üçün artıq yola çıxıb"

 

 

“İran həmişə Azərbaycan dövlətinə qısqanclıqla yanaşıb, indi də bunu davam edir. Bu barədə faktlar çoxdur. İndiki vəziyyət göstərir ki, Azərbaycana qarşı açıq təhdidlərdən belə əl çəkmir. Sərhəd boyu təlimlər keçirdirlər. Amma cavabını alanda qayıdıb yerində oturur. Ona görə də burda lazım gəlsə qabağa durmaq lazımdır. Burda başqa yolumuz yoxdur, Azərbaycan öz mövqeyini tutmalı və ayıq-sayıq olmalıdır".

 

 

 

Versus.az xəbər verir ki, bunu hafta.az-a AMEA-nın Qafqazşünaslıq İnstitunun kafedra müdiri professor Qasım Hacıyev İranla münasibətlərə diqqət çəkərkən bildirib.

 

 

Qasım Hacıyev bildirib ki, İran hadisələrini analiz edib belə bir nəticəyə gəlmək olur ki, 1990-cı illərdə Azərbaycan müstəqillik əldə etdikdən sonra İranla qarşılıqlı münasibətlər Cəbhə hakimiyyəti dövründə daha da sıxlaşmışdı. Onun sözlərinə görə,  qurulan əlaqələr ulu öndər Heydər Əliyev tərəfindən aparılan siyasət, qonşuluq münasibətlərin yaxşılaşdırılmasına doğru atılan addımlar İranın da Azərbaycana rəğbətlə yanaşması kimi görünürdü:

 

"O dövrdə iran hökumətinə Azərbaycanın da etdiyi müraciətlər,  İranın Azərbaycan dövlətini tanıması haqqında verdiyi bəyanatlar nisbətən gözə görünən müsbət cəhətlər idi. Hətta Naxçıvanın müəyyən mənada elektrik enerjisi ilə təmin olunması, məcburi köçkünlərin İranın ərazisindən salamat gəlməsi üçün yaradılan şərait ən azı müsəlmanlıq, insanlıq xatirinə edilmiş hərəkətlər idi. Amma təəssüflər olsun ki, sonradan İran Azərbaycan dövlətçiliyinə qarşı qısqanclıqla yanaşmağa başladı".

 

Q.Hacıyev hesab edir ki, dövrün siyasətini bir-birinə qarşılıqlı münasibətlər şəklində götürsək, bu gün dünyanın çoxunun gözü Qafqaz və İranda baş verən hadisələrlə çox bağlıdır:

 

"Heç bir dövlət bu gün özünün müqəddəratını özü təyin eliyə bilmir. Ona görə ki, hər birinin öz dövlət quruluşu, öz siyasəti var. Amma beynəlxalq münasibətlərə gələndə bir-birinə qarşı münasibətlərin dəyişməsində böyük dövlətlərin də böyük rolu olub. İran elə bir vəziyyətdədir ki, dünya dövlətləri ora öz arşını ilə baxır. Gizlin deyil ki, ABŞ-ın İsrailin, İranın dağılmasında marağı var. Amma bu elə baş verməlidir ki, bu onların da mənafeyinə uyğun olsun. Məsələn, ABŞ üçün maraqlıdır ki, İranda hakimiyyətə onun maraqlarını ifadə edən başqa biri hakimiyyətə gəlsin. İsrail kimi bəzi dövlətlər isə İranın xırdalanması, parçalanmasında maraqlıdır. Çünki bu İmperiya onların əksəriyyətinə ziyan vurub. Terrorçu təşkilatların yaranmasında, bəzi sərhəd pozğunluqlarında, terror hərəkətlərində İranın əli olduğuna görə onun dağılmasını istəyənlər də çoxdur. Azərbaycan isə kənarda durub baxa   bilməz. Çünki Azərbaycanın da taleyi burda həll olunur. Qafqazda maraqlar toqquşur və İran yaylası - indiki dövləti,  Gürcüstanda olduğu kimi region münasibətlərində  Azərbaycanın da öz yeri var. O da öz yerini mütləq tutmalıdır. Əgər yerində olmasa, ora başqası keçə bilər. Hansısa bir istiqamətdə nəyəsə sahib çıxmaq, ən azı özünün sərhədlərini qorumaq üçün bir şərait yaranarsa, bir məqam yaranarsa, onda Azərbaycan dövləti öz yerində olmalıdır, nə etməli olduğunu bilməlidir".

 

Q.Hacıyev hesab edir ki, bu baxımdan Azərbaycan dövləti hər bir məsələyə açıq gözlə baxır:

 

"Cənab Prezident İlham Əliyev bu barədə məsələyə dəfələrlə  münasibətini bildirib. İran ərazisində Azərbaycan millətinin çoxunun orda yaşadığını nəzərə almaq azərbaycanlıların təəssübünü çəkmək, onların dərdinə şərik olmaq, taleyüklü məsələlərin həllində doğrudan da Azərbaycan xalqının dövlət qurumu kimi tanınan və ən məşhur dövlət qurumu olan Azərbaycan respublikasıdır ki, o da digər azərbaycanlıların taleyüklü məsələləri ilə maraqlanmalı, məşğul olmalıdır. Bu baxımdan Azərbaycan dövlət başçısı, xalqı, diplomatları da bu barədə fikirlərini bildiriblər".

 

Tarixçi alim qeyd edib ki, İran Respublikası Azərbaycana münasibətdə yumşalmaq, qonşuluq şəraitində dinc yaşamaq haqqında fikir söyləsə də inandırıcı deyil. Onun fikrincə, bu baxımdan İran ərazisində olan azərbaycanlılar öz haqları uğrunda mübarizədə qətiyyətli olmalıdır:

 

"İranda olan azərbaycanlılar öz talelərini həll etmək üçün artıq yola çıxıb.

Əgər bu yoldan geri dönsələr, artıq yenə də neçə illər bu məqamın yetişməsini gözləməlidirlər. Bu, mənəvi cəhətdən olduğu kimi fiziki cəhətdən məhv olmalarına gətirib çıxardar. Ona görə də hesab edirəm ki, İranda baş verən hadisələr axıra qədər davam etməlidir. Azərbaycan milləti İranda müstəqil Azərbaycan dövləti yaratmalıdır. Bu da sirr deyil ki, bu mübarizədə şimali Azərbaycan dövlətinin köməyindən istifadə etməli, QARDAŞLIQ yardımı göstərməlidir. Fars molla rejimi ilə yaşamaq mümkün deyil. Çünki onlar hərtərəfli iç üzünü göstərdi. Bu məsələdə bütün türklərin yanında olan Türkiyə dövlətinin köməyindən də istifadə etmək lazımdır və buna ehtiyac var".

 

 

Pakizə

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?