TƏBİB-in yeni saytı təqdim edildi

14:01 20-12-2022 | icon 564 | Sağlamlıq
TƏBİB-in yeni saytı təqdim edildi

TƏBİB-in yeni yaradılan veb-saytı (www.tabib.gov.az) təqdim edilib.

 

Versus.Az xəbər verir ki, təqdimatı TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova edib.

 

O bildirib ki, vətəndaşlar kompüter və mobil cihazlardan saytı rahatlıqla ziyarət edə bilərlər:

 

“Eşitmə, görmə və hərəkət qabiliyyəti məhdud olan insanların da veb-saytımıza daxil olmaq, buradakı məlumatlardan faydalanmaq imkanı yaradılıb. Saytdakı şəxsi kabinet, laborator analizlərin nəticələri, peyvənd rezervasiyası sistemi kimi elektron xidmətlər istifadəçi rahatlığına hesablanıb”.

 

Z.Ədilova əlavə edib ki, intensiv olaraq saytın funksionallığı genişləndiriləcək:

 

“Bu gündən etibarən həm də TƏBİB-in çağrı mərkəzi istifadəyə verilir. Vətəndaşlar “815” qısa nömrəsinə zəng etməklə TƏBİB-ə müraciət edə bilərlər”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

Roza Zərgərlinin 12 min manatlıq TOYU

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR