“Böyük güclərin İranla bağlı öz planları var"-Açıqlama

15:48 21-12-2022 | icon 546 | Geopolitika
“Böyük güclərin İranla bağlı öz planları var"-Açıqlama

 

 

“Rejimin nə vaxta qədər ömür sürəcəyi təkcə İranadakı proseslərdən asılı deyil”

 

Versus.az xəbər verir ki, bunu siyasi şərhçi, hüquqşünas Əli Mustafa İranda son vəziyyət və proseslərin hansı istiqmətdə inkişaf etməsi ilə bağlı açıqlamasında bildirib.

 

 

Ə.Mustafa qeyd edib ki, İranda davam edən etirazlar vəziyyəti getdikcə ağırlaşdıracaq.  O, bildirib ki, İranda insanlara qarşı müxtəlif cəza tədbirləri görülür və bu da xalqın hiddətini artırmaqla, vəziyyəti bir qədər də gərginləşdirir. Onun fikrincə, Güney Azərbaycanda gedən proseslər də ümumİran etirazının bir hissəsidir.

 

“Artıq camaat Tehranda hökumət qüvvələrinin qərargahlarına hücumlar edir, yandırıcı butulkalardan istifadə edərək, dağıntılar törədirlər. Hətta Mədrəsələrə də  belə hücumlar baş verir”.

 

Ə.Mustafa hesab edir ki, xalqın narazılığı əsasında rejimin nə vaxta qədər ömür sürəcəyi təkcə İranadakı proseslərdən asılı deyil.  Bu, böyük mənada mövcud vəziyyəti yaradan qüvvələrin ssenarisindən də asılıdır.

 

“Rejimin dağılmasına,  böyük güclərin İranla bağlı hansı planları, hansı gözləntilərinin olması kontekstində baxmaq lazımdır. Məncə prosesin bir hissəsi İranın içərisində, bir hissəsi isə qıraqda gedir. 2023-cü ildə İrana qarşı qonşu dövlətlərin qarşıdurmaları da gözləniləndir. İran və Rusiya bu dönəm üçün hədəfdədir və gec-tez onların ikisi də dəyişəcəkdir. Yəqin ki, ilk növbədə rejimlər gedəcək və Rusiya da, İran da dövlət olaraq dəyişəcək”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI