Polşa XİN Makronun cavabını verdi

09:59 23-12-2022 | icon 607 | Dünya
Polşa XİN Makronun cavabını verdi

“Onun bəyanatları ölümcül strateji səhvdir”

 

Fransa prezidenti Emanuel Makronun rəsmi Moskvaya təhlükəsizlik zəmanəti verməsi ilə bağlı dedikləri ölümcül strateji səhvdir. Çünki Rusiya Federasiyası NATO və ya Ukraynanın hücumu ilə təhdid edilmir.

 

Bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski açıqlamasında bildirib.

 

“Fransa prezidenti Emmanuel Makronun Rusiyaya təhlükəsizlik təminatının verilməsi zərurəti ilə bağlı bəyanatları ölümcül strateji səhv kimi qiymətləndirilir. Rusiya kənardan hücumla təhdid edilmir, ona əlavə təminat lazım deyil, çünki heç bir şey onu təhdid etmir”, - Yablonski bəyan edib.

 

O, həmçinin vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinlə hər hansı danışıqların mənası yoxdur:

 

“ABŞ prezidenti Co Bayden tamamilə haqlıdır ki, Rusiya ilə söhbətin məntiqli olması üçün o, dürüst və etibarlı olmalıdır. Hazırda Rusiya etibarlı tərəf deyil, onun məqsədi müharibəni bitirmək və sülh yaratmaq deyil”.

 

Xatırladaq ki, bu gün Fransa lideri Emmanuel Makron növbəti dəfə müharibə başa çatdıqdan sonra Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsinin zəruriliyindən danışıb.

 

Bundan əlavə, Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri hesab edirlər ki, Makronun bu cür ritorikası Rusiyanın informasiya əməliyyatının tərkib hissəsidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu