Tələbə Gənclər Təşkilatları İttifaqının VI Hesabat-Seçki Konfransı keçirilib

10:02 23-12-2022 | icon 647 | Təhsil
Tələbə Gənclər Təşkilatları İttifaqının VI Hesabat-Seçki Konfransı keçirilib

Bakı Gənclər Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının VI Hesabat-Seçki Konfransı baş tutub.

 

Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra ATGTİ-nin sədri Pərviz Mirələmli İttifaqın 2020-2022-ci illər üzrə fəaliyyətini özündə əks etdirən hesabatla çıxış edərək ötən dövr ərzində qarşıya qoyulan hədəflər, strateji plan və atılan əsaslı addımlar barədə söz açıb, həyata keçirilən layihələr və qazanılan uğurları vurğulayıb. Çıxışın ardınca İttifaqın iki illik yekun hesabatını özündə əks etdirən videoçarx nümayiş etdirilib.

 

 

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək İttifaqın dövlət gənclər siyasətinin icrasındakı rolunu, bu istiqamətdə tərəfdaşlarla birlikdə həyata keçirdiyi kütləvi layihələrin əhəmiyyətini qeyd edib, tələbələrin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti ilə əldə edilmiş qələbə nəticəsində yaranmış yeni reallıqlara uyğun öz sahələrində daha fəal olmalarının vacibliyini vurğulayıblar. Çıxış edənlər həmçinin gənclərin istər fiziki, istərsə də mənəvi sağlamlığının təşviq edilməsi yönündə, habelə onların müasir tələblərə uyğun bilik və bacarıqlarının inkişafında və ən əsası, məsuliyyətli vətəndaş kimi formalaşmalarında tələbə təşkilatlarının fəaliyyətinin önəmini qeyd ediblər.

 

Konfransın rəsmi hissəsi yekunlaşdıqdan sonra tələbələrin ifasında milli musiqimizin təcəssümü olan muğam səslənib, ardınca ötən müddətdə göstərdikləri səmərəli tərəfdaşlığa görə bir sıra gənclər təşkilatlarına təşəkkür plaketləri təqdim olunub.

 

Konfransın sonunda ittifaqın idarə heyəti və sədr seçkiləri prosesinin gedişatı auditoriyaya təqdim edilib və seçki komissiyasının tərkibi haqqında məlumat verilib. Komissiyanın rəyinə əsasən seçkilərin nəticələrinə uyğun olaraq Pərviz Mirələmlinin ittifaqın növbəti müddət üçün sədri vəzifəsini tutacağı elan edilib. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB