Yerdən Marsa göndərilən aparat küləyin ümidinə qalıb

08:30 26-12-2022 | icon 396 | Maraqlı
Yerdən Marsa göndərilən aparat küləyin ümidinə qalıb

NASA “InSight” Marsa eniş missiyasını dayandırdığını elan edib.

 

Bu barədə Reaktiv Hərəkət Laboratoriyasının mətbuat xidməti məlumat yayıb.

 

Marsın daxili quruluşu haqqında məlumat toplamaq üçün nəzərdə tutulan “InSight” zondu 2018-ci ildə fəaliyyətə başlayıb. Onun əsas aləti seysmometrdir, ikinci ən vacibi isə nüvədən istilik axınını ölçmək üçün zonddur. Reaktiv hərəkət laboratoriyasının uçuş nəzarətçiləri gəmi ilə əlaqə saxlamaq üçün iki cəhd ediblər, ancaq bu alınmadığı üçün missiya artıq başa çatmış sayılır.

 

Mütəxəssislər “InSight”ın siqnal verəcəyi ümidi ilə tezliyini dinləməyə davam edəcəklər, lakin bu, son dərəcə mümkünsüz hesab olunur. Alimlər hesab edirlər ki, cihazın sönməsinə səbəb Günəş panellərinin üzərində yığılan toz olub. İllər keçdikcə tədricən yığılan toz enerji istehsalını azaldıb. İndi, görünür, o, kritik həddə çatıb.

 

 

Bəzi ekspertlər batareyaların toz burulğanları ilə təmizlənəcəyinə ümid edirdilər, lakin cihazın yerləşdiyi Eliziy düzənliyində külək nadir hallarda baş verir, həmçinin kifayət qədər güclü olmur.

 

Bununla belə, missiya planlaşdırılan iki il əvəzinə dörd il işlədiyi və Marsın daxili quruluşu haqqında zəngin məlumat təqdim etdiyi üçün uğurla başa çatmış hesab olunur.

 

Aparat həmçinin meteoritlərin təsirindən yaranan təkanlar da daxil olmaqla 1319 zəlzələ aşkar edib. Ən vacib kəşflərdən biri isə Marsda vulkanik fəaliyyət əlamətlərinin təsbit edilməsi hesab edilə bilər, baxmayaraq ki, bu planetin nüvəsi ölü sayılırdı.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ