Xırıltı və səsin batması

09:23 09-01-2023 | icon 496 | Sağlamlıq
Xırıltı və səsin batması

Mütəxəssis yeni qripin fəsadından danışdı

 

“Xırıltı və səsin dəyişməsi “B” qripinin xarakterik əlamətləridir. Onu “A” qripindən bu xüsusiyyətlə ayırmaq olar”.

 

Bunu Rusiyanın Qamaleya Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin direktoru, tibb elmləri doktoru Mixail Ginzburq “B” qripini “A” qripindən ayırd etməyin yollarından danışarkən bildirib:

 

“O, səs tellərini vurur və insan dərhal xırıldamağa, fısıldamağa başlayır, səsi çox dəyişir, batır”, - deyə Ginzburq izah edib.

 

Alimin sözlərinə görə, “B” qripinin qalan simptomları digər tənəffüs orqanlarının xəstəliklərinə bənzəyir: iltihablı proses burun-udlaqdan başlayır, sonra bronxlara və ağciyərlərə enir. 

 

“Əgər patogenin aşağı düşməsi prosesi dayandırılmasa, o zaman bakterial infeksiya da qoşulur, bu da bronxitə, ağciyər iltihabına və tənəffüs çatışmazlığına gətirir”, - deyə o bildirib.

 

Ginzburq onu da vurğulayıb ki, “B” qripi virusunun yaratdığı xəstəlik “A” qripinin yaratdığı xəstəlik qədər ağırdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq