DYP-dən teleseriallarla bağlı media subyektlərinə MÜRACİƏT

11:28 25-01-2023 | icon 563 | Hadisə
DYP-dən teleseriallarla bağlı media subyektlərinə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) teleseriallarla bağlı media subyektlərinə müraciət edib.

 

BDYPİ-dən Versus.Az-a daxil olan müraciətdə deyilir:

 

“Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi tədbirlərini tənzimləyən normativ aktlarda, eləcə də hazırda bu sahədə icra olunan Dövlət Proqramında televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən və ya digər şəkildə açıqlanması nəzərdə tutulan əsərlərin hazırlanması zamanı yol hərəkəti təhlükəsizliyinin təbliğinin diqqətdə saxlanılması tələbi təsbit edilib.

 

Lakin təəssüf ki, bəzi televiziya və radio verilişlərində, kliplərdə, teleseriallarda, reklam çarxlarında, habelə bloqerlər və incəsənət xadimlərinin sosial şəbəkə seqmentlərindəki paylaşımlarında yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti qaydaları əleyhinə olan pozuntuların geniş auditoriyada heç bir əlavə şərh verilmədən yayımlanmasının şahidi oluruq.

 

Aktyorların, cəmiyyətdə tanınmış şəxslərin iştirakı ilə hazırlanan belə audiovizual əsərlərin yol hərəkəti iştirakçıları, xüsusilə uşaq və yeniyetmələr arasında yanlış anlaşılması, onlarda analoji qəbahətlərə yol vermək həvəsi yaratması, eləcə də bu kimi neqativ təzahürlərin yetişən gənc nəslin yol hərəkəti mədəniyyətinin formalaşmasına mənfi təsir göstərməsi ciddi narahatlıq doğurur.

 

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət siyasətini həyata keçirən Baş Dövlət Yol Polisi İdarəsi belə halların yolverilməz olduğunu qeyd edir və bütün media subyektlərini, sosial şəbəkə fəallarını ölkəmizdə yol hərəkətinin təhlükəsizliyi sahəsində həyata keçirilən maarifləndirmə və təbliğat-təşviqat xarakterli tədbirlərin icrasına töhfə verməyə çağırır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq