Bu gün daha iki oyun keçiriləcək

11:12 31-01-2023 | icon 328 | İdman
Bu gün daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçiriləcək.

 

Versus.Az xəbər verir ki, günün ilk matçında 53 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” 16 xalla 7-ci pillədə qərarlaşan “Şamaxı”nı qəbul edəcək.

 

Komandalar indiyədək ölkə çempionatında 72 dəfə üz-üzə gəliblər. Bunların 35-i Ağdam təmsilçisinin, 13-ü isə Şamaxı klubunun xeyrinə başa çatıb. 24 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də “köhlən atlar”ın aşkar üstünlüyü var - 103:43.

 

“Qarabağ” 17 oyundur ki, uduzmur. “Şamaxı” beş matçdır, qol vurmur. Son üç qarşılaşmada böyük hesablı nəticə qeydə alınıb.

 

Günün son qarşılaşmasında isə “Kəpəz” “Səbail”in qonağı olacaq. Bu görüşü autsayderlərin dueli kimi də qiymətləndirmək olar. Hazırda Gəncə təmsilçisi 13 xalla 9-cu, Bakı klubu isə 10 xalla sonuncudur.

 

İki kollektiv bunadək Premyer Liqada altı dəfə qarşılaşıb. Üç oyunda “dənizçilər”, iki matçda “sarı-göylər” qələbə qazanıblar. Bir qarşılaşma heç-heçə ilə yekunlaşıb. “Səbail”in on qoluna “Kəpəz” doqquz topla cavab verib.

 

Son iki oyunda böyük hesab qeydə alınıb. “Kəpəz” son beş matçda, “Səbail” isə bütün ev görüşlərində qol vurub.

 

Azərbaycan Premyer Liqası

XX tur

 

31 yanvar (çərşənbə axşamı)

16:00. “Qarabağ”-“Şamaxı”

Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”.

 

18:30. “Səbail”-“Kəpəz”

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.

 

Qeyd edək ki, açılış oyununda “Sumqayıt” evdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək “Qəbələ”-“Sabah” və “Neftçi”-“Zirə” görüşləri ilə yekun vurulacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq