Sürücülərin NƏZƏRİNƏ

12:33 31-01-2023 | icon 349 | Sosial
Sürücülərin NƏZƏRİNƏ

BDYPİ adından istifadə edən saxtakarlar peyda olub

 

Sosial şəbəkədə polis orqanlarına aid saxta hesab yaradılıb.

 

Məsələ ilə bağlı sosial şəbəkələrdə paylaşım edilir. İnsanlar şikayət yazdıqları səhifənin Baş Dövlət Yol Polisi İdarəsinə aid olduğunu zənn edirlər. Lakin müraciətlərin aidiyyəti üzrə həll olunmadığını görən bir neçə vətəndaş məsələ ilə bağlı paylaşım edərək saxtakarlığı ortaya çıxarıb. 

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyevə bildirib ki, mövcud vəziyyətdən xəbərdardırlar. R.Tağıyev vətəndaşları sözügedən saxta səhifəyə şəxsi məlumatlarını göndərməməyə çağırıb:

 

“Sənədlərinizi və şəxsi məlumatlarınızı rəsmi olmayan saxta səhifəyə göndərməyin. Qeyd edirəm ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Facebook” platformasında rəsmi səhifəsi yoxdur. Belə saxta səhifələrə müraciət ünvanlamayın. Onlar tərəfindən sizə yazılan cavablar rəsmi hesab edilmir və bu məlumatlara etibar etməyin. Məlumatlarınızın kimlərinsə əlinə keçməsinə icazə verməyin. Müraciətlərinizi rəsmi şəxslərə və səhifələrə ünvanlayın. Sözügedən faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsində şəxs və şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək”. /oxu.az/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq