Bu Kollecdə tələbələrdən rüşvət alınır?

08:34 01-02-2023 | icon 475 | İqtisadiyyat
Bu Kollecdə tələbələrdən rüşvət alınır?

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tələbələrin imtahanı zamanı cavabların telefon və dəftərlərdən köçürüldüyü iddia edilir.

 

Xezerxeber.az-ın məlumatına görə, kollecin hüquqşünası Aynurə Muradova qeyd edib ki, lentə aldığı kadrlarda imtahanlarda cavablar telefon və dəftərlərdən köçürülür. Bu isə rüşvət qarşılığında olur.

 

Hadisədə adı hallanan Kollec direktorunun tədris işləri üzrə müavini Teymuraz Əfəndiyev və tərbiyə işləri üzrə müavini Sevinc Həmzəyeva isə deyilənlərin yalan olduğunu bildirirlər.

 

Onların sözlərinə görə, imtahanlarda tələbələrə telefonların verilməsi kollecin daxili qaydaları əsasında həyata keçirilir:

 

“Bu, müəyyən vaxt ərzində olur, imtahan başlayar-başlamaz isə telefonlar uşaqlardan yığılır”.

 

Qeyd edilib ki, baş verənlər siniflərdə olan müşahidə kameraları vasitəsilə də izlənilir. Həmin kamera görüntüləri bizə də göstərildi. Həqiqətən də 2-3 dəqiqə ərzində telefonlar tələbələrdən yığışdırılır.

 

Kollecdə çəkiliş aparılan zaman orada imtahanlar keçirilib. Eyni proses bu gün də baş verib. İmtahandan əvəl tələbələrin telefonları əllərində idi.

 

Lakin qeyd etmək lazımdır ki, yerli təhsil müəssisələrinin digərlərində belə bir təcrübə yoxdur.

 

Tərəflər məsələnin tam həlli üçün məhkəməyə müraciət edəcəklərini desələr də, indiyə qədər heç kim ilk addımı atmayıb.

 

Daha ətraflı süjetdə:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

Məktəblərarası biologiya yarışması keçirilib

İqtisadi tarazlıq nə zaman pozulur?

Hüquqi şəxslərə dair yeni tələb müəyyənləşir

Ögey anadan ŞOK ƏMƏL

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI