Saakaşvili azadlığa buraxılmayacaq

09:39 07-02-2023 | icon 276 | Dünya
Saakaşvili azadlığa buraxılmayacaq

Tbilisi şəhər məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müdafiəçilərinin səhhətinə görə həbsdən azad edilməsi tələbini rədd edib.

 

İclasda müvafiq qərarı hakim Giorgi Arevadze elan edib:

 

“Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridzenin cəzanın icrasından azad edilməsi və ya hökmün təxirə salınması barədə vəsatətinin təmin edilməməsi qərar alınıb”.

 

Fevralın 6-da Tiflis Şəhər Məhkəməsində iclas keçirilib və orada tərəflər yekun çıxışlarını ediblər.

 

Məhkəmədən sonra Saakaşvilinin azadlığa buraxılması ilə bağlı işin iki-üç gün ərzində Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) göndəriləcəyi bildirilib.

 

Bu barədə siyasətçinin vəkili Şalva Xaçapuridze məlumat verib:

“Əlbəttə, biz Saakaşvilini səhhətinə görə həbsdən azad etməkdən imtina edən Tiflis Şəhər Məhkəməsinin qərarından yalnız Apellyasiya Məhkəməsinə şikayət edəcəyik ki, mərhələlər tez və iki-üç günə tamamlansın. Reqlamentin 39-cu bəndinə uyğun olaraq iş Strasburq məhkəməsinə göndəriləcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

Elmira Süleymanova dəfn olundu

MDU-da ustad dərsləri

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ