Bu təzyiq beyin üçün təhlükəli deyil

15:14 10-02-2023 | icon 296 | Maraqlı
Bu təzyiq beyin üçün təhlükəli deyil

ABŞ-ın 7 universitetinin alimləri hipertoniyanın müalicəsinin beyinə təsirini araşdırıb.

 
 
Versus.Az xəbər verir ki, təzyiqin intensiv və düzgün müalicəsi imkan verir ki, beyin qalıq toksinləri və maddələri daha yaxşı xaric etsin.
 
 
Belə ki, beyin arteriyaları hər dəfə ürək yığılıb açılanda nəbzvari vurduqda toksik maddələri beyindən çıxarır.
 
 
Yüksək təzyiq, eləcə də şəkər uzun müddət qaldıqda bu arteriyaları daha qaba edir və onların funksiyasını pozur.
 
Bu prosesi perivaskulyar sahənin genişlənməsində görmək olar.
 
 
Alimlər 658 nəfərin baş beyninin MRT müayinələrini analiz edib.
 
Bütün iştirakçılarda yüksək təzyiq müşahidə edilib.
 
 
Amma heç birində hələ demensiya və insult olmamışdı.
 
 
İlk MRT-dən sonra 243 nəfəri intensiv müalicə qrupuna daxil ediblər.
 
 
199 nəfər isə standart müalicəyə alınıb.
 
 
Tədqiqatın əvvəlində 90% iştirakçının perivaksulyar sahəsi eyni idi. 4 ildən sonra hər iki qrup yenidən MRT skan olunub.
 
 
İntensiv müalicə alan qrupda perivaskulyar sahə xeyli kiçilib, digər qrupda isə dəyişiklik olmayıb.
 
 
Nəticələr göstərib ki, təzyiqi 120-130 arasında saxladıqda beyin qalıq toksinləri daha yaxşı çıxarır, damar sahəsi genişlənmir. /Bakupost.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122