Olimpiadada çıxış etmək üçün vətəndaşlığını dəyişdi

08:49 13-02-2023 | icon 284 | İdman
Olimpiadada çıxış etmək üçün vətəndaşlığını dəyişdi

Rusiyalı atlet Vladimir Tuqanov idman vətəndaşlığını dəyişib.

 

Bu barədə Rusiyanın atçılıq komandasının baş məşqçisi Vladimir Beletski məlumat verib.

 

Beletski 61 yaşlı idmançının Fələstin millisinə keçdiyini bildirib:

 

“Onun rusiyalıların beynəlxalq yarışlara qayıtmasını sakitcə gözləməyə vaxtı yoxdur, hər ili qiymətlidir. İdman karyerasında çox illəri qalmayıb, ona görə də indi yarışmaq və üçüncü Olimpiadasına vəsiqə qazanmaq istəyir”.

 

Beletski qeyd edib ki, idman vətəndaşlığını dəyişmək qərarı Tuqanov üçün çox çətin olub.

 

Qeyd edək ki, Tuqanov atçılıq üzrə Rusiya millisinin tərkibində 2004 və 2012-ci illərdə keçirilən Oyunlarda iştirak edib. Turnirlərdə o, müvafiq olaraq 33-cü və 65-ci nəticə göstərib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq