"Paşinyan regionda çox ciddi strateji səhvlər edir"

18:20 16-02-2023 | icon 285 | Geopolitika
"Paşinyan regionda çox ciddi strateji səhvlər edir"

Məhəmməd Əsədullazadə: “İranla Ermənistanın təxribatlarına Azərbaycanla Türkiyə ciddi cavab verəcək”

 

“Ermənistan rəhbərliyi sülh prosesindən yayınmaqla riskli gedişlər edir. Riskli oyunlar Ermənistan üçün uduşlu olmayacaq”. 

 

Bunu Versus.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Tehran rejiminin məhz Zəngəzurda Ermənistanla birgə Azərbaycana qarşı təxribatlara hazırlaşması ilə bağlı açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, İran Zəngəzur dəhlizinə qarşı olduğunu Ermənistandakı səfiri vasitəsilə bəyan etməklə sülh prosesinə maneə yaratdıqlarını bir daha biruzə verdi:

 

 “Tehran rejimi məhz Zəngəzurda Ermənistanla birgə Azərbaycana qarşı təxribatlara hazırlaşır. İranın SEPAH təşkilatı bu istiqamətdə Ermənistan kəşfiyyat qrupu ilə təlimlər keçirir. İranın və Ermənistanın bu təxribatlarına qarşı Azərbaycan və Türkiyə ciddi cavab verəcək. Və nəticədə Zəngəzur dəhlizi Azərbaycanın nəzarətinə keçə bilər. Fransa da Avropa İttifaqının tərkibində öz hərbiçilərini Zəngəzur istiqamətində yerləşdirməyi planlaşdırır. Bu, Ermənistan baş naziri Nikol Paşinyanın planıdır. Paşinyan regionda çox ciddi strateji səhvlər edir. Türkiyə və Rusiyanın əleyhinə olaraq Fransa hərbiçilərini regionda yerləşdirməsi, Ermənistanın blokadada qalmasına səbəb olacaq”.

 

Ekspert Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılacağını və bunun beynəlxalq geosiyasi bir layihə olduğunu vurğuladığını və bununla bağlı Azərbaycanın dəmir yolu və avtomobil yolunun çəkilişini davam etdirməsini təsadüfi saymayıb. Onun fikrincə, bu proses öz hədəfinə çatacaq. Və Paşinyan Azərbaycanla sülh müqaviləsindən yayınmaqla növbəti hərbi zərbəyə məruz qala bilər.

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Valideynlərin NƏZƏRİNƏ

Tanınmış yazar MHB-yə üzv oldu