Mədəaltı vəz xərçənginin ən erkən ƏLAMƏTİ

10:30 20-02-2023 | icon 348 | Sağlamlıq
Mədəaltı vəz xərçənginin ən erkən ƏLAMƏTİ

Dünyada ən ağır xərçəng növlərindən biri mədəaltı vəz şişləridir. Bu xərçəngdən sonra yaşama faizi çox azdır.

 
 
Bu xəstəliyi erkən diaqnoz etmək üçün ilk siqnallara fikir vermək çox vacibdir. Bu orqan o qədər kiçik və dözümlüdür ki, şiş böyüyüb orqanı tutmayana qədər əlamət vermir.
 
 
Doktor Debora Li mədəaltı vəzin təşviş yaradacaq simptomunu açıqlayıb. Şişin yerləşməsindən asılı olaraq ilkin əlamətlərdən biri qaşınma ola bilər:
 
 
“65% xəstələrdə şiş orqanın baş, uc hissəsində olduğu üçün erkən mərhələdə qaşınma, dərinin qıcıqlanması ilk əlamət olur.
 
Belə ki, orqanın başında şiş olduqda o öd kisəsi və öd axarlarını sıxır, nəticədə ödün bağırsağa keçməsi əngəllənir, bilirubin qalxır və dəridə sarılıq və qaşınma başlayır. Diaqnoz qoyulana kimi xəstələrdə qaşınma hissi bütün bədən boyu ola bilər. 90% xəstələr məhz sarılıq və qaşınma şikayəti ilə yoxlanışa gəlir. Sarılıq zamanı gözlərin ağı da saralır. Baxmayaraq ki, dəridə qaşınma birbaşa xərçəngi göstərməyə də bilər, amma qaşınma sarılıqla yanaşı gedirsə, öd və mədəaltı vəz yoxlanmalıdır.
 
Eləcə də bu xəstələr tualetdə nəcisə fikir verməlidir. Əgər nəcis krem rəngi kimi ağımtıl, sidik isə çox tünd qəhvəyidirsə, təcili olaraq qastroenteroloqa gedin".
 
 
Mədəaltı vəz xərçənginin digər əlamətləri:
 
- Arıqlama
- Yorğunluq
- Titrəmə
- İshal, qəbizlik
- Bədəndə narahatlıq
- Həzmsizlik
- Qarının yuxarısında uzandıqda ağrı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

İqtisadi tarazlıq nə zaman pozulur?

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Xocalıda insan qalıqları AŞKAR EDİLİB

"Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib"

MDU-da ustad dərsləri

Elmira Süleymanova dəfn olundu

Qərbi Azərbaycan İcmasından ABŞ Dövlət Departamentinə CAVAB

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ