Pensiyaların yenidən hesablanması qaydası dəyişdi

09:59 21-02-2023 | icon 429 | İqtisadiyyat
Pensiyaların yenidən hesablanması qaydası dəyişdi

Əmək pensiyalarının yenidən hesablanması qaydası dəyişib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə əmək pensiyalarının yenidən hesablandığı halların siyahısı genişləndirilib.

 

Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı departamentinin müdiri Eyvaz İsmayılov açıqlamasında bildirib ki, əvvəlki qanunvericilikdə hərbi qulluqçular tərxis olunduqdan sonra onlara pensiya təyin edilirdi. Əgər yenidən hərbi qulluqçular hərbi xidmətə qayıdırdısa, həmin şəxslərin pensiyaları sonuncu təminat xərcliyinə əsasən hesablanmırdı.

 

Yeni qərara əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi şəhid ailə üzvlərinə münasibətdə yeni növ pensiya təyinatı ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanacaq.

 

Eyvaz İsmayılov qeyd edib ki, bununla bağlı müraciətlərin mexanizmi də dəyişib. Dəyişikliklə hərbi qulluqçular işlədiyi orqana müraciət edib, onların sonuncu məlumat vərəqi daxil olduqdan sonra fond tərəfindən pensiyalarının yenidən hesablanması həyata keçirilir. Şəhid ailələrinə gəlincə isə, onlar yerli DOST mərkəzlərinə və yaxud fondun yerli orqanlarına müraciət etdikdən sonra onların hüquqları yarandığı dövrdən pensiyaların məbləğinə yenidən baxılır.

 

Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR