Münhendə bir daha bəyan edildi

16:24 22-02-2023 | icon 418 | Geopolitika
Münhendə bir daha bəyan edildi

Asif Əsgərli: "Ermənistan ona verilən son şans ilini qaçırmayacaq"

 

Almaniyanın Münxen şəhərində təşkil olunan 59-cu Münhen Təhlükəsizlik Konfransında müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə edilib. 800 nəfərdən çox rəsmi dəvət olunmuş iştirakçının qatıldığı bu görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə yanaşı 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının prezidenti, Avropa Komissiyasının prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri də iştirak edib. Belə bir auditoriyada Azərbaycan Prezidenti bir daha Ermənistanın işğalçı dövlət olduğunu və Azərbaycan həqiqətlərini bəyan etdi. Eyni zamanda üçtərəfli görüşlərdə və panel iclaslarda aparılan müzakirələrdə Azərbaycan Prezidenti tərəfindən Cənubi Qafqazda sülhün bərqərar olması, Ermənistanla münasibətlərin tənzimlənməsi üçün təkliflərlə çıxış edib.

 

Ermənistan buna necə cavab verəcək?

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən politoloq Asəf Əsgərli cənab İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında qatıldığı görüşləri, müzakirələri əhəmiyyətli hesab edib.

 

Politoloq bildirib ki, Prezident Münhen ttribunasından bir daha Azərbaycanın mövqeyini, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyini çox geniş və açıq şəkildə bəyan edib:

 

“Cənab Prezident Ermənistana, beynəlxalq təşkilatlara, o cümlədən ABŞ, Avropa İttifaqı  və eləcə də digər nüfuzlu şəxslərin, qrupların iştirakı ilə Cənubi Qafqaz, Ermənistan –Azərbaycan münasibətləri, sülh danışıqları istiqamətində əsas məsələləri aydın şəkildə çatdırdı.  Prezident bir daha bəyan elədi ki,  əgər Ermənistan, beynəlxalq təşkilatlar da istəyirsə, Azərbaycan da Zəngəzur dəhlizinin açılmasında çox maraqlıdır. Qeyd olundu ki, Azərbaycan Zəngəzir dəhlizinin hər iki tərəfində Sərhəd- buraxılış məntəqəsinin qoyulmasına razıdır, amma Azərbaycanın əsas şərti odur ki, paralel olaraq Laçın dəhlizində də sərhəd buraxılış və gömrük xidməti təşkil olnsun. Bu şərtlər bir daha Amerika dövlət katibinə, Ermənistan rəhbərliyinin diqqətinə çatdırıldı. İkinci bir tərəfdən Prezident qeyd etdi ki, Azərbaycan sülh danışıqları ilə bağlı özünün təkliflərini verib və beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlər bunu bilir”.

 

A.Əsgərli qeyd edib ki, sülh danışıqlarında əsas gündəliyi Azərbaycan müəyyənləşdirir.  Ermənistan da hansısa təkliflər göndərsə də, əsas odur ki, Qarabağ regionunda Azərbaycan ərazsində yaşayacaq erməni əhalisinin təhlükəsizliyi və hüquqları ilə bağlı hansısa bir beynəlxalq mexanizm nəzərdə tutulmayıb. Azərbaycan  ölkənin daxili işlərinə hər hansı bir müdaxilənin əleyhinədir:

 

“Azərbaycan Konstitusiyası qanunları çərçivəsində digər vətəndaşlarımız kimi ermənilərin də hüquqi öhtəlikləri təmin olunacaqdır. Eyni zamanda Azərbaycan özü həmin ərazidə yaşayan insanlarla kommunikasiya əlaqələri də quracaqdır. Burda  ora ixrac olunmuş hər hansı şəxslərlə danışıq aparmaq, yaxud tərəf kimi iştirak etmək niyyəti yoxdur. Azərbaycanın aidiyyatı qurumları orda doğulmuş, yaşamış  yerli əhali ilə hər hansı bir kommunikasiyalar qurmağa hazır olduğunu bəyan elədi”.

 

Politoloq qeyd edib ki, Azərbaycan Cənubi Qafqazla bağlı üç ölkənin belə görüşlər keçirməyinə həmişə özünün dəstəyini bildirib:

 

“Ermənistan bu təkliflərə öz reaksiyasını verməlidir. Münhendə bir daha bəyan edildi ki, Ermənistan cənab Prezidentin onlara verdiyi son şans ilini qaçırmayacaq. Sülh müqaviləsinin imzalanmasına, sərhədlərin müəyyənləşməsinə, Laçın, Zəngəzur dəhlizinin tam açılıb təhvil verilməsi və burada sərhəd gömrük məntəqəsinin açılmasını təmin edəcəklər”.

 

TAHİRƏ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Azərbaycanda dəhşətli hadisə

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Haaqada Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianın dinləmələri BAŞA ÇATIB

Fuad Muradov 7 kişini şantaj etdi və...

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI