Bu il bu mükafata 305 namizəd var

09:33 23-02-2023 | icon 386 | Dünya
Bu il bu mükafata 305 namizəd var

2023-cü il Nobel Sülh Mükafatına 305 namizəd var. Onlardan 212-si fərdi namizədlər, 93-ü isə təşkilatlardır.

 

Bu barədə çərşənbə günü Norveç Nobel Komitəsi məlumat yayıb.

 

“305 namizəd ötən ildəki 343 namizədlə müqayisədə xeyli azdır və 2019-cu ildən bəri ən aşağı rəqəmdir. Ardıcıl səkkiz il ərzində Sülh Mükafatı üzrə ərizə verənlərin sayı 300-ü ötüb. Hazırkı rekord 376 namizədlə 2016-cı ildə qeydə alınıb”, - məlumatda deyilir.

 

Alfred Nobelin vəsiyyətinə əsasən, Sülh Mükafatı xalqların birləşməsində ən böyük uğur qazanmış və ya orduların sayının azaldılmasında, habelə sülh konqreslərinin keçirilməsində daha çox iş görən şəxsə verilir. Sahibkarın son vəsiyyətinə görə, bu mükafat təsis edilən digər mükafatlardan fərqli olaraq Stokholmda deyil, Osloda verilir. Nobel yazıb ki, mükafatın verilməsi ilə bağlı qərarı Norveç parlamentinin təyin etdiyi beş nəfərdən ibarət komitə verməlidir. Ənənəyə görə, komitənin üzvləri əsasən Norveçin təqaüdçü siyasətçiləri və keçmiş partiya liderləridir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM