Avropa Parlamenti İrəvana birbaşa ultimatum verir

13:37 27-02-2023 | icon 688 | Gündəm
Avropa Parlamenti İrəvana birbaşa ultimatum verir

"Ermənistan KTMT və Aİİ-dən çıxmalıdır"

 

Avropa Parlamenti İrəvana birbaşa ultimatum verir və bildirir ki, bu ölkə ilə əməkdaşlığın intensivləşdirilməsi yalnız Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvlüyünə xitam verildikdən sonra mümkündür.

 

Üstəlik, məsələni ermənipərəst deputat Marina Kalyurand açıqlayıb, o qeyd edib ki, Avropa İttifaqı (Aİ) bu gün Ermənistanın Rusiya və Belarusla Gömrük İttifaqının bir hissəsi olmasına göz yuma bilməz.

 

“Biz Ermənistanın bu gün KTMT-nin Rusiya ilə birlikdə müdafiə təşkilatının üzvü olmasına göz yuma bilmərik. Ona görə də sizin ölkəniz, xalqınız, hökumətiniz Aİ ilə hansı səviyyədə əməkdaşlıq etmək istədiyinə qərar verməlidir”, - Kalyurand deyib.

 

Onun sözlərinə görə, Aİ Ermənistanla münasibətləri Ermənistanın özünün buna hazır və sadiq olduğu dərəcədə intensivləşdirməyə hazırdır.

 

O xatırladıb ki, Aİ ilə Ermənistan arasında güclü öhdəlikləri ehtiva edən Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişi var.

 

“Bizim həmçinin daha sıx əməkdaşlıq üçün çox yaxşı sənədimiz də var. Ermənistanın Aİ ilə əməkdaşlıqda nə qədər irəli getməyə hazır olması vacibdir. Ümid edirəm ki, erməni xalqı da Gürcüstan xalqı kimi qərar verəcək və bu məsələ ilə bağlı hökumətə təzyiq göstərəcək”, - deyə o vurğulayıb.

 

Ermənistanın Rusiya ilə münasibətlərini Qərbin xeyrinə pozması məsələsinin gündəmə gətirilməsi ilk dəfə deyil. Ermənistanın özü KTMT-dən çıxmaq təşəbbüsü ilə çıxış edərək, təşkilatın öz ərazisində təlimlərini keçirməkdən imtina edib. Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, ölkədə rusofob əhvali-ruhiyyə güclənib, Rusiya hərbi bazasının Gümrüdən çıxarılması tələbi ilə tez-tez mitinqlər keçirilir. Avropa da iddialı görünür, Ermənistan bu dəfə bir əlində iki qarpız tuta bilməyəcək. /Verelq.am/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İqtisadi tarazlıq nə zaman pozulur?

Tarixi dostluq və mehriban qonşuluq

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da